IMF: İqtisadi bərpanı sağlam şəkildə təmin edənə qədər iqtisadiyyat dəstəklənməlidir

Uzunmüddətli perspektivdə Azərbaycanın vergi-büdcə siyasəti mərhələli və artım üçün əlverişli konsolidasiyaya keçməlidir.

Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə missiyanın Azərbaycan barədə hesabatında bildirilir.

“Neft ehtiyatlarında proqnozlaşdırılan azalma nəzərə alındıqda, nəsillərarası bərabərliyi təmin etmək üçün neft sərvətinin gələcək nəsillərlə bölüşdürülməsi lazımdır. Dövlət xərclərinin səmərəliliyinin yaxşılaşdırılması, ümumi subsidiyaların, dövlət sektorunda məşğulluğunun və vergiyə cəlb edilmənin yaxşılaşdırılması maliyyə konsolidasiyasına dəstək ola bilər.

Adekvat və məqsədəyönlü sosial xərclər ən həssas təbəqələrin müdafiəsi, əhatəliliyi və məhsuldarlığı artırmaq üçün lazımdır.

Büdcə qaydanın yenidən tətbiq edilməsi, dövlət maliyyə idarəetməsini və hesabatlılığı yaxşılaşdırılması, güclənmiş maliyyə riski, dövlət nəzarəti və idarəetməsi ilə yanaşı, davamlı və etibarlı bir maliyyə siyasəti kursunu dəstəkləməyə kömək edəcək”, – hesabatda deyilir.

Bildirilir ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində büdcə qaydalarını dayandırıb və əhəmiyyətli maliyyə paketi hazırlayıb.

“Şokların ciddiliyi, koronavirusa qarşı mübarizə və pandemiyanın əhali və müəssisələr üzərindəki mənfi təsirini azaltmaq ehtiyacını nəzərə alsaq, 2020-2021-ci illərdə maliyyə balansının profisitdən kəsirə keçməsinə icazə verilməsi məqsədə uyğun idi. Yaxın perspektivdə, prioritet COVID-19-u məğlub etmək və iqtisadi bərpanı sağlam şəkildə təmin edənə qədər iqtisadiyyatı dəstəkləməkdir.

Büdcə siyasətinin qeyri-müəyyən mühitdə çevik qalması lazımdır və mənfi risklərin reallaşacağı təqdirdə avtomatik stabilizatorların işləməsinə icazə verilməli və ehtiyac olduqda hədəflənən sərbəstlik təmin edilməlidir”, – hesabatda deyilir .


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.