20 C
Baku
Tuesday, April 30, 2024

IMF kriptovalyutaların legitimliyini tanıyıb

Beynəlxalq Valyuta Fondu (IMF) kriptovalyutaların ödəniş və yığım vasitəsi kimi legitimliyini qəbul edib. “Expert.ru” saytına istinadən, bu açıqlamanı Fondun rəhbəri Kristin Laqard (Christine Lagarde) İngiltərə Mərkəzi Bankının müstəqilliyinin 20 illiyinə həsr olunmuş konfransda bildirib. Laqard qeyd edib ki, bitkoin və digər kritovalyutalar mərkəzi banklar və valyutalara təhlükə yaratmır.

IMF rəhbəri çıxışında “bir çox kriptovalyuta mərkəzi banklar üçün qeyri-şəffafdır, bəziləri isə xaker hücumlarına məruz qalır. Bu, texniki problemlərdir və zamanla həll oluna bilər. Kriptovalyutaları inkar etmək agıllı hərəkət olmaz”, – deyib.

K.Laqard mərkəzi bankları yeni texnologiya və valyutaların elektron pulla əvəz olunması prosesinə açıq olmağa çağırıb. Qeyd edək ki, bu günədək kriptovalyutalar bu qədər güclü siyasi dəstək görməyib.

Analitiklər kriptovalyutalar vasitəsilə ödənişlərin asanlaşacağını bildirirlər. Belə ki, ödəniş zamanı hər hansı bir ölkənin valyutasını almaq və bu zaman məzənnə və komissiyalarda itki ilə üzləşmə ehtimalı aradan qaldırılacaq.

IMF rəhbəri kriptovalyutaların emitenti olmaq təşəbbüsünü irəli sürməsə də, SDR-in emissiyasında blokçeyn texnologiyalarından istifadə edilə biləcəyini bildirib. Həmçinin, IMF-in kriptovalyuta emitentlərinə tənzimləyici ola biləcəyini qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər