Beynəlxalq Valyuta Fondu (IMF) koronavirus (COVID-19) pandemiyasının iqtisadi təsirlərinə qarşı mübarizə çərçivəsində qlobal maliyyə təhlükəsizliyi şəbəkəsini daha da gücləndirmək üçün qısamüddətli likvidlik xətti (SLL) yaradıb.
\“Bloomberg” agentliyi xəbər verir ki, bu barədə qurumun prezidenti Kristalina Georgieva məlumat verib.
Onun sözlərinə görə, SLL tədiyyə balansı ilə bağlı qısamüddətli dəstəyə ehtiyacı olan üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.