16 C
Baku
Monday, May 6, 2024

IMF qlobal inflyasiyanın yavaşlayacağını, maliyyə orqanları üçün isə çətin dövrün olacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal inflyasiyanın keçən ilki təqribən %-dən 2024-cü ildə 4.8 %-ə düşəcəyini gözləyir.

Bu barədə IMF-nin idarəedici direktoru Kristalina Georgiyeva bildirib.

“Ümumi inflyasiya yavaşlasa da, baza inflyasiyası hələ də hədəf göstəricisindən geri qalır və buradan belə qənaətə gəlmək olar ki, təəssüf ki, biz mərkəzi bankların faiz dərəcələrinin uzun müddət yüksək qalmasına hazırlaşmalı olacağıq. Güman ki, 2024-cü ilə, bəlkə də 2025-ci ilə qədər.

Bəs bu siyasət baxımından nə deməkdir? İnflyasiyanın hələ də hədəf göstəricidən geri qaldığı yerlərdə mərkəzi banklar ayıq-sayıq olmalıdır (sərt monetar siyasətini davam etməlidir) və gələcəklə bağlı niyyətlərini bildirməlidirlər.

Başa düşmək lazımdır ki, maliyyə orqanlarını, demək olar, hər yerdə çətin günlər gözləyir. Onlar borclara xidmət etmək, həssas əhalini dəstəkləmək, “yaşıl” və rəqəmsal transformasiyanı maliyyələşdirmək üçün daha yüksək faiz dərəcələri ödəməklə yanaşı, gələcək sarsıntılara qarşı buferlərini bərpa etməlidirlər”, – K.Georgiyeva deyib.

Onun sözlərinə görə, dünya dayanıqlılığının tarixi anını yaşayır, həm də risklərə məruz qalır

“Dayanıqlılığa gəlincə, ABŞ-da üçüncü rübdəki artım gözləniləni üstələyib: iqtisadiyyatın artım tempi bir qədər yavaşlayıb, inflyasiya azalır, əmək bazarı isə yenə də çox güclü olaraq qalır. Keçən həftə Çinlə bağlı proqnozlarımızı yaxşılaşdırdıq. Bu, Asiyada müsbət artım dinamikasını gücləndirir. Dünya iqtisadiyyatının bu iki əsas mühərriki – ABŞ və Çin üçün yaxşı olan şeylər isə dünyanın qalan hissəsi üçün də yaxşıdır”, – IMF rəhbəri vurğulayıb.

İsrail-Fələstin münaqişəsinin qlobal iqtisadiyyata təsirinə toxunan IMF rəhbəri qeyd edib ki, enerji qiymətlərindəki ilkin artım indi azalıb: “Amma yenə də bilirik ki, münaqişə nə qədər çox davam edərsə, fəlakət, İsraildə və indi Qəzza zolağında geosiyasi parçalanma və dinc əhalinin faciəli ölüm riski bir o qədər çox olar. İqtisadi baxımdan bu, münaqişənin episentrində olan ölkələr üçün dağıdıcıdır, onların yaxın qonşuları – Livan, İordaniya, Misir üçün isə risklidir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər