16 C
Baku
Wednesday, April 17, 2024

IMF: Rusiya aktivlərinin müsadirəsi maliyyə sabitliyinə zərbə vura bilər

Dondurulmuş Rusiya aktivlərinin müsadirəsi qlobal maliyyə sabitliyinə və pul siyasətinə zərbə vura bilər.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva Qətər İqtisadi Forumunda deyib.

“Biz pul siyasəti və maliyyə sabitliyi üçün hansı risklərin ola biləcəyini çox diqqətlə düşünməliyik. Risklər nə ola bilər, onlarla necə məşğul olmaq olar? Dondurulmuş Rusiya aktivlərindən hər hansı istifadə beynəlxalq əsaslara söykənməlidir”- deyə, o bildirib.

Bundan əvvəl Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders Aİ ölkələrində dondurulmuş Rusiyanın 28 milyard avroluq özəl aktivlərinin bir hissəsinin müsadirə edilməsinin mümkünlüyündən danışıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər