İMF və WB koronavirusa görə illik toplantısını təxirə sala bilər

Dünya Bankı (WB) martın 2-4 tarixlərində Vaşinqtonda keçirilməsi nəzərdə tutulan toplantısını təxirə salıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankının (WB) 189 ölkədən 2 800 nümayəndənin iştirakı ilə aprel ayında keçirilməsi planlaşdırılan toplantının taleyinə isə yaxın günlərdə qərar veriləcək.

Qeyd edək ki, İMF prezidenti Kristalina Georgieva ötən həftə verdiyi açıqlamada koronavirus səbəbi ilə qlobal iqtisadi artım proqnozlarını azalda biləcəklərini bildirmişdi.

Xatırladaq ki, İMF və WB-nin hər il keçirdiyi illik toplantıda dünyanın bütün ölkələrindən mərkəzi bank rəhbərləri, maliyyə və iqtisadi inkişaf nazirləri, millət vəkilləri, şirkət rəhbərləri, QHT nümayəndələri və alimlər iştirak edir. Toplantıda qlobal iqtisadiyyata, beynəlxalq inkişafa və dünya maliyyə sisteminin vəziyyətinə yönəlmiş seminarlar, regional brifinqlər, mətbuat konfransları və bir çox digər məsələlər müzakirə olunur.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları