9 C
Baku
Thursday, December 12, 2024

İmicin altı xüsusiyyəti

Müəllif: San-Diyeqo Universiteti menecment biznes-məktəbinin professoru Fillip L. Hanseyker.

Qəribə də olsa, insanlar həqiqətən kitabın məzmununu onun üzünə görə qiymətlədirirlər. Nadir hallarda elə insan ola bilər ki, kiminsə haqqında öz ilkin neqativ  təəsüratından sonra həmin şəxsin gizlin olan yüksək keyfiyyətlərini və istedadını görə bilir.

İnsanlar adətən imicə gözlənilən münasibət bildirirlər və özlərini məlum olan elementlərlə daha rahat hiss edirlər. Ənənəvi imic tərəfdarı olan menecerlər, bir qayda olaraq, bundan imtina edənlərdən daha çox uğur qazanırlar. Rəhbərlər kimi görünən və hərəkət edən menecerlər öz şeflərinin imicini təkrarlamayan menecerlərdən daha üstündürlər.

Bu yaxında bir nəfər uzunmüddətli işgüzar ezamiyyətə yollanmışdır. Qəflətən onun bütün bədəni səpir . O evindən uzaq olduğu üçün böyük tibbi mərkəzinə müraciət etmək qərarına gəlir. Gecə yarısına olduğuna görə, o, müayinə üçün bir saatdan çox gözləməli olur. Nəhayət, otağa gənc qadın daxil olur. Görünüşündən ona 25 yaşdan çox vermək olmazdı. Qadın yaraşıqlı idi, idman üslubunda geyinmişdi, o, xəstəyə həkim olduğunu bildirdi. Xəstəyə toxunmadan, onun bədənindəki səpkiləri uzaqdan müşahidə etdi. Həkim diaqnoz qoydu və resept yazaraq çıxıb getdi. Xəstə həkimin qoyduğu diaqnoza və reseptə son dərəcə şübhəli yanaşdı.

Səhər o, həmin şəhərdə başqa həkimin yanına gedir. Orada qəhramanımızı düz üç saat ərzində müayinə edirlər. O, hiss edir ki, nəhayət yaxşı həkimin qəbuluna düşüb. İkinci həkim ona resept yazanda aşkar olur ki, bu, birinci həkimin yazdığı dərmanlardır. Ancaq bu dəfə yazılan dərmanın qəbulunun zəruruliyinə əmin oldu. Bu əhvalatın məntiqi həkimlərin imicinə əsaslanır. Birinci həkimin davranış tərzi, geyimi və xarici görünüşü qəhrəmanımızın şüurunda şübhələr, gərginlik və inamsızlıq doğurmuşdu. İkinci həkimə gəlincə isə vəziyyət tamamilə əksinə idi. Göründüyü kimi, qəhramanımız birinci həkimi səriştəli hesab etməsə də, nəticə etibarı ilə onun çox təcrübəli olduğu məlum oldu. Qadın-həkimin üç dəqiqə ərzində təyin etdiyi müalicə üsulunu, digər həkim üç saata başa gətirdi. Deməli, fərqlilik imicdə idi.

İmicin əsasları

Sizin imiciniz çoxlu sayda elementlərdən ibarətdir. Onlardan altı ən vacibi – sizin haqqınızda ilk təəssürat, biliklərinizin genişliyi və dərinliyi, çevikliyiniz, nikbinliyiniz və səmimiliyiniz.

1. İlk təəssürat

Bura geyim, səs, səliqəlilik, əl vermə, vizual kontakt və qamət aiddir. Bu amillərdən hər birindən istifadə başqa insanlarda sizin haqqınızda təəssürat yaradır. Bəxş etdiyiniz ilk müsbət təsir insanlarla gələcəkdə ünsiyyəti daha asan və rahat edir. Mənfi təəssürat digərləri ilə münasibətləri başlamadan qıra bilər. Bəzi insanlar xoşagəlməyən ilk təsiri dəf edə bilirlər. Bir çoxları isə başqalarında yaranan mənfi təəssüratı dəyişməyə cəhd etmədən təslim olurlar.

Siz nə vaxtsa başqasının şəxsiyyəti/və ya etibarlılığı haqqında yalnız onun bağışladığı ilk təəssüratlar əsasında mühakimə yürütmüsünüzmü? Pinti geyim, qeyri-təmizlik, kasıb söz ehtiyatı, kifir görkəm və ya torbaya oxşar geyim haqda nə düşünürsünüz? Həvəssiz əl verməyə münasibətiniz?  Deyə bilərsiniz ki, sadalanan bu zəif tərəflər sizə aid deyil. Özünüzü altdatmayın. Elə bir hal olmayıb ki, ilkin təəsüratdan hər hansı bir şəxsdən tamamilə razı qalasan.

Aspirant olan bir alim əvvəllər iş axtararkən çətinliklərlə üzləşirdi. Bir neçə universitetdə onunla müsahibələr aparılmasına baxmayaraq, nəticələr mənfi olub, halbuki onun savadına heç kəs şübhə etmirdi. Universitetlərdən birində kafedra müdiri aspiranta dərin hörmətlə yanaşaraq ona işə götürür. Müdir aspirantı kənara çəkib ərkyana bildirir ki, onun imici müsahibədən keçməsinə çətinliklər yaradır. Fakültə işçilərinə qəribə gəlirdi bu şəxs onlarla birgə necə işləyəcək. Qəhrəmanımız nəzakətli, mehriban və səmimi insandır. Lakin onun haqqında olan ilkin təəssürat yalnış idi. Əvvəla, alimin geyim tərzi: o, ucuzluğu nəzərə çarpan kostyumlar alır və fərqinə varmadan miləmil geyimləri dama-dama geyimlərlə qarışdırır, bir-birinə uyğun gəlməyən rənglərdən istifadə edir. Ayyaqabları həmişə kirli idi, saçları isə həddən artıq yağlı görünürdü. Əl ilə inamsız görüşürdü. Həmişə sakit və monoton danışırdı. Bundan başqa, insanlarla ünsiyyətdə olarkən demək olar ki, onlarla vizual kontakt saxlamıdı. Haqqında danışdığımız aspiranta peşəkar olduğu üçün hörmətlə yanaşır və bir insan kimi ona münasibətimiz də yaxşıdır. Ancaq yaranan ilk mənfi təəssüratın əksi olaraq onun yaxşı cəhətləri üzə çıxdı. Biz onun necə düşündüyünü, necə hərəkət etdiyini, nə hiss etdiyini, başqalarına münasibətini yaxşı bilirik. Təəssüf ki, onu ilk təəssüratın gücünə tanıyan və görən insanlar heç vaxt onunla qarşılıqlı münasibətə qurmayacaqlar. Beləliklə, başqaları heç vaxt aspirantı yaxından tanımayacaq və bizim kimi qiymətləndirməyəcəklər. Bu əhvalat ilkin təəssüratın bütün amansızlıqlarını əyani surətdə təsvir edir. İnsanların çoxu kitabı yalnız üz qabığına görə qiymətləndirirlər, və təəssüf ki, bu belə də davam edəcək. Bundan yan keçməkdən ötrü sizə tövsiyyəmiz – insanlarda xoş təsir oyatmaq üçün özünüzün ən yaxşı cəhətlərinizi təqdim edin.

recruter%20%20112Tədqiqatlar göstərir ki, ətrafdakıların reaksiyasını dəyişmək üçün imicinizdəki bəzi detalları yaxşılaşdırmalısınız, məsələn, əl vermə – inamlı və inandırıcı olmalıdır. Sanki əli sındıracaqmış kimi var qüvvə ilə əl sıxanlar, zəif və inamsız əl verənlər kimi neqativ təsir göstərirlər. Əmin olun ki, qarşı tərəfin əlini uzun müddət saxlamırsınız. Əl vermə zamanı qarşı tərəflə vizual kontakt qurun. Bu münasibətlərin möhkəmlənməsinə kömək edir.

İnsanlara salamlaşmazdan əvvəl, onlar sizin yerişinizə və duruşunuza diqqət yetirirlər. Onlar həmçinin sizin geyiminizə və səligənizə də baxırlar. Oturuşunuza və duruşunuza fikir verin – qeyri-adi hərəkətlər etməyin. Məğrur yerişli, ayaqqabılarını sürtə-sürtə addımlayan və ya tullana-tullana gəzən insanlar həmsöhbətlərinə mənfi təsir göstərir. Eyni ilə, siz kresloda, ayaqlarınızı aşırıb əyləşmişsinizsə, və ya hər hansı qeyri-adi tərzdə oturmusunuzsa, yenə pis təəssürat oyadacaqsınız. Artıq hərəkətlərdən çəkinin. Düz əyləşin və gərginlik duymadan hərəkət edin.

Şəxsi gigiyena və zahiri görünüş məsələlərindən də yan keçmək olmaz. Bunlar sizin vizit kartınızdır, lakin çoxları buna laqeyd yanaşır. Tutduğu vəzifədən asılı olmayaraq işlədiyiniz təşkilatda nə qədər adamın dırnaqlarının çirkli olmasını müşahidə etmisiniz? Yaxaya və ya pencəyə qonmuş kəpəyə ne deyərsiz? Bəs kişilərin qulaqlarından və burunlarından çıxan tüklər necə? Həddən artıq kosmetikadan, ətriyyatdan, geldən, lakdan istifadə edən qadınları bəyənirsinizmi? Nahardan sonra ağzından sarımsaq və ya soğan, alkoqol iyi gələn insanlarla söhbət etmisinizmi?  Özünüz belə səhvlər etmisinizmi? Siz özünüzün qayğısına həmişə qalırsınızmı və insanlarda hansı təsiri bəxş edirsiniz?

Sizin geyim tərziniz böyük əhəmiyyət daşıyır və başqa insanların sizi necə qəbul edəcəyinə təsir edir. Yəqin ki, geyim insanı yaratmır, lakin onun necə şəxsiyyət olması barədə sabit təsəvvür yaradır. Ona görə də, sizin başa düşməyiniz vacibdir ki, geyim tərzinizlə insanlara özünüz haqda bir çox məqamları bildirirsiniz.

Geyim – imic yaratmağın güclü amilidir. Onu diqqətlə düşünsəniz, müsbət reaksiya doğura bilərsiniz. Bu, başqa insanlarla qarşılıqlı münasibətlərdə sizin uğura olan şansınızı yüksəldəcək. Vəzifə pilləkəni ilə yuxarı irəliləmək üçün siz geyim vasitəsilə ətrafınıza hörmət və uğur işığı yaymalısınız.

Nüfuz və uğur təəssüratı bağışlamaq üçün mümkün olan yerlərdə mühafizəkarcasına geyinin. Təbii liflərdən olan parçalardan hazırlanmış geyimlər almağa çalışın. Bu, sizə uzun müddət xidmət edəcək və siz daha yaxşı görünəcəksiniz. Bura yun və ya pambıq kostyumları, pambıq və ipək köynəkləri, qalstukları, şərfləri, həmçinin təbii dəridən olan ayaqqabı, kəmər və portfelləri aid etmək olar. Geyiminizin rəngləri, modelləri və üslubu da mühafizəkar olmalıdır. Köynək və koftalar üçün ağ, mavi və yumşaq əlvan tonlar, həmçinin mühafizəkar dama-dama və nazik miləmil parçalar tövsiyə olunur. Kostyumların münasib rəngləri – boz, göy və bej rəngin müxtəlif çalarlarıdır. Geyim əyninizdə yaxşı qalmalı və münasib tərzdə olmalıdır.

Biz bütün bu tövsiyələrə riayət edən, lakin hər şeyi uyğunlaşdırmağı bacarmayan və buna görə də zəif təəssürat doğuran insanları da görmüşük. Yəqin ki, siz də nazik milləri olan kostyum, damalı köynək və naxışlı qalstuk geyinən birini görmüsünüz. Başqalarına təqdim edəcəyiniz imicin ahəngini yaratmaq üçün siz geyiminizin elementlərini bir-birinə düzgün uyğunlaşdırmağı öyrənməlisiniz. Əmin olun ki, rənglər bir-birinə uyğundur. Qalstukunuz və şərfiniz kostyumun/və ya köynəyin rənginə uyğun olmalıdır. Kişilərin corabları ayaqqabı və kostyumla ahəngdə olmalıdır. Nüfuzlu və uğurlu insanın imicinin yekun cəhəti kimi kostyuma yaraşan uzunqol köynək və ya bluz tövsiyə olunur. Daş-qaş və aksessuarlar sadə və funksional olmalıdır. Bu tip imic sizi əməkdaşlarınızın nəzərində daha da hörmətli edəcək. Əgər nüfuzlu və uğurlu imicə maliksinizsə, deməli göstəriş və tövsiyələriniz təcili və dəqiq yerinə yetiriləcəkdir.

2. Zəngin biliklər

Siz nə dərəcədə məlumatlısınız, yəni konkret elm sahəsində bilik səviyyəniz? Şirkətinizlə nə dərəcədə tanışsınız? Öz sahənizi?  Rəqiblərlə müqayisədə öz şirkətinizin zəif və güclü tərəflərini necə? Təcrübənizə rəğbət bəsləyən və şirkətiniz haqqında məlumatlanmaq istəyən insanlar qəbulunuzda çoxmu olur? Bəlkə sizinlə eyni səviyyədə olan menecerlər, rəislər, ümumiyyətlə əməkdaşlarınız sizin dərin olmayan biliklərinizə görə sizdən uzaq gəzirlər? Yoldaşlarınızda və əməkdaşlarınızda sizə qarşı hörmət və inam yaradan dərin biliklərə maliksinizmi, yoxsa kənardan kiminsə “Mən bu işi daha yaxşı icra edərdim” sözlərini eşidirsiniz?

Əgər siz hesab edirsiniz ki, biliklərinizin dərinliyi sizin imicə heç cür təsir etmir, deməli yanılırsınız. İşlədiyiniz şirkət və sahə haqqında daha çox öyrənməyə çalışın. Siyasəti və korporativ qaydaları ətraflı öyrənin.  Şirkətinizin buraxdığı məhsulu və personalı yaxşı-yaxşı öyrənin. Şirkətin vəziyyətini və sahənin inkişaf istiqamətlərini  tədqiq edin, rəqiblər arasında sizin şirkətin reytinqini aydınlaşdırın. Təklif olunan istənilın tədris proqramlarından istifadə edin. Biliklərinizi dərinləşdirərək hər şeydən məlumatı olan insan imici qazanaraq həm əməkdaşların, həm də həmkar və rəhbərliyin hörmətini qazanmış olacaqsınız.recruter%20%20114

3. Savad

Bu ideya sizin savadınızdan, eləcə də fəaliyyət sahənizdən savayı digər maraqlarda insanlarla ünsiyyət qabiliyyətinizi nəzərdə tutur. Məsələn, şənbə günü gedən futbol oyununda kim udmuşdur? Dünyada hansı son xəbərlər var? Siz dəbdə olan hansı film və kitablarla tanışsınız? İnsanlarla onları maraqlandıran məsələlər barədə danışa bilirsinizmi?

Öz biliklərinizi genişləndirərək başqa insanlarla qarşılıqlı münasibət qurmaq sizə asan olacaq. Söhbətin mövzusunu yalnız özünüzə maraqlı olan tərəfə yönəltməyin, bununla siz ünsiyyətdə olduğunuz insanlara özlərini rahat hiss etməyə imkan verəcəksiniz. Siz insanlarla onları maraqlandıran mövzularda söhbət etdikdə onlar özlərini daha sərbəst hiss edəcək. İnsanlar sizinlə danışmağa can atacaqlar. Onlar hiss edəcək ki, sizinlə aralarında nə isə ümumi cəhətlər var. Tədqiqatlar göstərir ki, insanlarda ümumi cəhətlər çox olduqca, onlar bir-birinə daha çox simpatiya göstərir. Beləliklə, bilik sahənizi genişləndirməklə, ən müxtəlif insanlara olan təsir dairənizi artıracaqsınız.

Biliklərinizin genişləndirilməsi məsuliyyəti tam olaraq sizin üzərinə düşür. Biz sizə gündəlik olaraq yerli mətbuatı mütaliə etməyi tövsiyə edirik. Yalnız idman xronikasını, moda və reklam elanlarını oxumaqla kifayətlənməyin. Hamısını oxuyun! Mütaliəyə əlavə olaraq həftədə bir dəfə aparıcı informasiya jurnallarını oxumağa çalışın. Bu, sizə ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmağa imkan verəcək və təhsil, humanitar elmlər, idman, kitablar, kino barədə bəzi əlavə biliklər əldə etməyə kömək edər. İl ərzində öz maraq sahənizə aid olmayan heç olmasa iki kitab oxumağa çalışın. Bu zaman həm belletristika, həm də bədii olmayan ədəbiyyat oxumağa cəhd edin.

Səmərəsiz hesab olunan işlərə münasib vaxt ayırın: vanna qəbulu, üz qırxma, makiyaj, işə getmə, işdən gəlmə, xörəyin bişirilməsi, evlərin yığışdırılması və s. Bu vaxt ərzində televizora baxmaq (radio dinləmək), audiokitabları və ya tədris materiallarını da dinləmək mümkündür. Nəhayət, əgər siz bütün yeniliklərdən məlumatlı deyilsinizsə və ya başqasının danışdığından xəbəriniz yoxdursa, müzakirə mövzusuna maraq göstərin, suallar verin. Unutmayın ki, biliyin zənginləşdirilməsi təhsil, kitab mütaliəsi, dinləmə və başqa insanlarla ünsiyyət zamanı daha asan qavranılır.

4. Çeviklik

Çeviklik – digər insanlarla daha yaxşı münasibət qurmaq üçün sizin hərəkətlərinizi uyğunlaşdırmaq bacarığınızdır. Siz sürətli tonda ünsiyyətdə olduğunuz və bu həmin adam üçün narahatlıq yaradan digər insanla ünsiyyəti ləngidəndə çeviklik göstərmiş olursunuz. Siz dərhal əsas məsələyə keçmək əvəzinə vaxtınızı şəxsi tarixçənizi danışmaq üçün sərf edəndə də çeviklik göstərirsiniz. Siz səbr edib söhbəti qarşınızdakı insanın səviyyəsinə endirəndə də çeviklik nümayiş etdirirsiniz. Siz məsələni adətən olduğundan daha ətraflı açdıqda da çeviklik göstərirsiniz. Siz başqalarının şəxsi və peşəkar tələbatlarını yerinə yetirməyə çalışanda da çevikliyinizi sübut edirsiniz.

Çeviklik ona görə vacibdir ki, bütün insanlar fərqlidir və onların hər birinə fərqli yanaşmaq lazımdır. Əgər siz hamıya eyni cür yanaşırsızsa, onlar özlərini narahat hiss edəcək, bu isə gərginliyin artmasına səbəb olacaq, sizə olan etibarın səviyyəsinə mənfi təsir edəcək.

recruter%201155. Həvəs

Estrada artislərindən kimi daha çox bəyənirsiniz? Təsəvvür edin ki, bu gün axşam sevimli artisti görmək üçün onun konsertinə gedirsiniz. Biletin biri 25 dollardır. Siz hələ heç nə görmədən 50 dollar verib öz dostunuzla konsertə gəlir, yerlərinizdə oturursunuz. Pərdə arxasından çıxan artisti görən zal alqış sədalarından cuşa gəlir.

Adətən konsert zamanı ifaçı 12-15 mahnı oxuyur. Müğənni səhnəyə çıxır, mikrofona yaxınlaşıb oxumağa başlayır. O, on beş mahnı oxuyur. Bu, ömrünüzdə eşitdiyiniz ən yaxşı ifadır. Lakin o mahnıları fasiləsiz, auditoriya ilə heç bir əlaqə qurmadan ifa edir. On beşinci mahnının sonunda artist tamaşaçılara onunla görüşə gəldiklərinə görə təşəkkür edir və səhnəni tərk edir. Necə fikirləşirsiniz, bu konsertdən zövq alacaqsınızmı?

Siz pərişan olacaqsınız ki, artist öz auditoriyası ilə ünsiyyət yaratmadı, həmrəylik nümayiş etmədi və tamaşaçıya heç bir maraq göstərmədi. Baxmayaraq ki, müğənni 15 mahnının hamısını çox yaxşı ifa etdi, siz özünüzü aldanmış kimi hiss edəcəksiniz. Əgər ifaçı auditoriyaya qarşı bir qədər ruh yüksəkliyi və səmimilik göstərsəydi, çox güman ki, siz özünüzü tanmamilə başqa cür hiss edərdiniz. Yəqin ki, siz ona heyran olardınız.

Heç ağlınıza gəlib ki, siz öz işinizə, əməkdaşlarınıza şirkətinizə qarşı maraqsızlıq nümayiş etdirdikdə həmkarlarınız bunu başa düşür? Əgər istəyirsiniz ki, kolleqalarınız nikbin olsun, siz əvvəl özünüz bunu onlara aşılamalısınız. Bu, öz-özünə baş vermir. Ruh yüksəkliyi xəstəlik kimidir – başqaları da ona yoluxur. Siz özünüzə, həmkarlarınıza və şirkətinizə qarşı ruh yüksəkliyi nümayiş etdirirsinizsə,  bu, istər-istəməz əməkdaşlarınıza da keçəcək. Gec və ya tez, onlar da pozitivlik hiss edəcəklər. Əgər siz inam nümayiş etdirmirsinizsə, nəticədə sizin əməkdaşlara bu aydın olacaq, onlar da öz növbəsində özlərinə, həmkarlarına, işə və şirkətə qarşı laqeyd olacaqlar.

6. Səmimilik

Son nüans – səmimilik o deməkdir ki, yuxarıda sadalanan imic elementlərinin hamısı sizdə var olmalı və onları nəinki kütləyə nümayiş etdirməli: görünmək xatirinə deyil, məhz o cür olmalısınız. Özünüz haqda ilk təəssüratı yaxşılaşdırmaq üçün maksimum qüvvə sərf edin, biliklərinizi zənginləşdirin, genişləndirin, çevikliyinizi və nikbinliyinizi artırın.

Hər hansı hərəkət tərzini dəyişərkən olduğu kimi, əvvəlcə siz bəzi narahatlıqlar hiss edəcəksiniz. Lakin siz məqsədə doğru inamla hərəkət etsəniz, onlar tezliklə sizin bir hissənizə çevriləcək. Əhatəsində olduğunuz aləmin cavab reaksiyası – insanlararası münasibətlərdə sizin uğurunuzun ölçüsüdür. Yaratdığınız imic insanlararası münasibətlərdə həmin uğuru ya möhkəmləndirəcək, ya da onu ləngidəcək. Əvvəlindən digər insanla əlaqənin sonunadək siz diqqət mərkəzindəsiniz. İstənilən söz, işarə və ifadə ixtiyari və ya qeyri-ixtiyari olaraq başqaları tərəfindən qiymətləndiriləcək. Ona görə də, imicinizin açıq, düzgün və etibarlı ünsiyyətə kömək etməsi üçün bütün qüvvələrinizi səfərbər edin.

Son xəbərlər
Digər xəbərlər