17 C
Baku
Şənbə, Oktyabr 16, 2021

İmişlidə bu günədək 7 tondan çox barama istehsal olunub

Screen Shot 2021 09 02 at 14.34.20

İmişlidə barama tədarükü davam edir. Rayon kümçüləri bəslədikləri 420 qutu ipəkqurdu toxumundan indiyədək 7 ton 213 kiloqram barama tədarük ediblər.

Son illər respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləyirdisə, bu il onların sayı 170-ə çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il rayonda 9 ton 400 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı daha da artırmağı qarşıya məqsəd qoyublar. Bunun üçün ipəkçilərə bütün zəruri şərait yaradılıb. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər qısa müddətdə tədarük məntəqəsinə 7 ton 213 kiloqram məhsul təhvil veriblər. Barama tədarükündə rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin kümçüləri fərqlənirlər.

Qeyd edək ki, ötən il kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir götürüblər.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Azərtac
Son xəbərlər
360 380
Oxşar xəbərlər