8 C
Baku
Friday, December 13, 2024

İmişlidə 10 tondan çox barama istehsalı nəzərdə tutulur

Imişlidə baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 9 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, İmişlidə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 4 ildə ayrı-ayrı yaşayış məntəqələrində 88 min tut tingi əkilib, həmçinin ipəkqurdu bəslənməsi üçün yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Ötən il rayonda 120 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 9 min 434 kiloqram məhsul istehsal olunub. Baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi görüşlər keçirilir. Bu isə kümçülərin sayının getdikcə artmasına səbəb olur. Artıq rayonda ipəkqrudu bəsləmək istəyən 188–dən çox ailə qeydə alınıb.

Qeyd edək ki, aprel ayından başalayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər