İmişli rayonunun sakinləri rayon ərazisində fəaliyyət göstərən lombardlardan birindən öz zinyət əşyalarını girov qoyaraq ehtiyaclarını qarşılamaq üçün pul götürüblər.
Banker.az-ın məlumatına görə, şikayətçilər deyir ki, Lombard rəhbəri 3 aydan çoxdur ki, lombard şirkətini bağlayıb və insanların qızıllarını götürüb Bakıya qaçıb.
Özlərinin göstərdiyi və məhkəmələrin təmin etdiyi rəsmi sənədlərə görə, sakinlər lombardlara olan borclarını bağlasalar da, öz zinyət əşyalarını geri ala bilmirlər.
Artıq neçə müddətdir ki, buna görə aldadılan vətəndaşlar ölkə rəhbərliyinə müraciət ediblər.