-1 C
Baku
Sunday, December 15, 2024

İmperator Napoleonun papağı hərracda 1.9 mln. avroya satılıb

Fransanın ilk imperatoru I Napoleon Bonapartın ikibucaqlı papağı Fransanın Fontanblo şəhərindəki hərracda 1 milyon 932 min avroya satılıb. Napoleonun bu papağı 1815-ci ildə Elba adasında sürgündən qaçarkən “Enkonstant” briqadasının göyərtəsində taxdığı güman edilir.

19-cu əsrə qədər papaq imperator sarayının intendenti Pyer Bayonun ailəsində saxlanılıb. Daha sonra nəvəsi onu antikvar əşyalar satıcısına satıb.

Hərracdan əvvəl ikibucaqlı papağın qiyməti təxminən 600-800 min avro olaraq qiymətləndirilib. “Reuters”in qeyd etdiyi kimi, Napoleonun təxminən 120 oxşar papağı olub.

Son xəbərlər
Digər xəbərlər