Banker.az xəbər verir ki, bu barədə çərşənbə axşamı palatanın spikeri demokrat Nensi Pelosi məlumat verib.
“Bu gün Nümayəndələr Palatasının impiçment prosesi çərçivəsində rəsmi araşdırmaya başladığını elan edirəm. Mən altı komitəyə öz araşdırmalarını başlatmağı tapşırıram”, – deyə Pelosi qeyd edir.
“Prezident məsuliyyətə cəlb edilməlidir, heç kim qanundan üstün deyil. Donald Trampın bu günə qədər etdiyi hərəkətlər konstitusiyasının ciddi şəkildə pozulmasıdır”.
Trampın istefası göndərilməsinin səbəbi, ukraynalı həmkarı Vladimir Zelenskiy ilə telefon danışığı ola bilər.
“Son bir neçə aydır ki, komitələrimizdə araşdırmalar aparırıq və məhkəmələrə müraciət edirik ki, Nümayəndələr Palatası işə aid olan bütün faktları toplaya bilsin və səlahiyyətlərindən konstitusiyanın birinci maddəsinə, o cümlədən müstəsna konstitusiya səlahiyyətlərinə uyğun istifadə edilməsinə qərar verilsin: impiçment maddələrinin təsdiqlənməsi. Və bu həftə prezident, Ukrayna prezidentinə ona siyasi baxımdan fayda verəcək hərəkətlərə başlaması üçün müraciət etmişdir”.
Qeyd edək ki, 2030-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürən Co Bayden də impiçmenti dəstəkləyib.
Bu necə baş tutacaq
ABŞ Konstitusiyasına görə, impiçment “xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə və qanunsuzluqlarda günahkar olduqları təqdirdə” federal işçilərin, o cümlədən prezidentinin vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutur. ABŞ-ın tarixində artıq üç dəfə impiçment olub.
İttihamı Nümayəndələr Palatası formalaşdırır. Qanunvericiliyə görə, bu onun “müstəsna səlahiyyətidir”.
Sənəd komitə tərəfindən təsdiq olunduqdan sonra Nümayəndələr Palatası tərəfindən nəzərdən keçirilir. Qərar səs çoxluğu ilə qəbul olunur.