İmpiçment xəbəri ən zəngin milyarderlərin mülkünü $6,5 mlrd. azaltdı

0

ABŞ-ın Nümayəndələr Palatası impiçment prosesi çərçivəsində rəsmi araşdırmaya başladığını elan edib. Bunun əsas səbəbi isə siyasətçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub. Donald Tramp həmkarından Amerikanın keçmiş vitse-prezidenti Co Baydenə qarşı araşdırmaya başlamasını tələb edib.

Qeyd edək ki, Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini sürüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, bütün bunların fonunda beş ən zəngin amerikalı biznesmenlərin mülkü 6,5 milyard dollar azalıb.

“S&P 500” indeksi 0,8% düşərək 2966,6 punkta çatıb ki, bu da 23 avqustdan bu günə qədər maksimal enişdir. “Nasdaq Composite” üçün də çərşənbə axşamı günü uğurlu olmamışdı. CNBC-nin verdiyi məlumata görə, indeks 1,46% itirərək 7993,6 səviyyəsinə enib. “Dow Jones” indeksi 0,53% azalaraq 26 807,77 punkta düşüb.

“Forbes Real-Time”-ın reytinqinə görə, “Amazon” şirkətinin səhmləri 2,4%, “Facebook” şirkətinin səhmləri isə 2,97% ucuzlaşıb.

Müvafiq olaraq Jeff Bezos-un mülkü 2,5 milyard dollar (-2,26%), Mark Zuckerberg-in mülkü isə 2 milyard dollar (-2,9%) azalıb.

İnvestor Warren Buffett-in mülkü 0,9% və ya 745 milyon dollar, “Oracle” şirkətinin direktorlar şurasının sədrinin mülkü isə demək olar ki, 1,5% və ya 973 milyon dollar azalıb. Ən az itki Bill Gates-də olub – cəmi 0,2% və ya 210 milyon dollar.

“Tesla” şirkətinin təsisçisi Elon Musk 898 milyon dollar, “Google” un təsisçiləri  Sergey Brin (608 milyon dollar) və Larry Page (608 milyon dollar) itirib. “Microsoft” şirkətinin keçmiş icraçı direktoru Steven Ballmer-in kapitalı cəmi 1% azalıb (519 milyon dollar).