Azərbaycanda əsasən yüksək tonnajlı yük və inşaatda istifadə edilən texnikaların satışını həyata keçirən “İmprotex Trucks and Buses” MMC 2022-ci ili 871 min manat üzərində zərərlə tamalasa da, öncəki illə müqayisədə zərər azalıb.
Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, “İmprotex Trucks and Buses” MMC 2021-ci ildə 1 mln. 490 min manat zərər etmişdi.
Şirkətin gəlirləri illik müqayisədə 2%-ə yaxın azalmaqla 14 milyon 92 min manata düşüb. Şirkət xərcləri daha çox optimallaşdırıb və illik müqayisədə 5% azaltmaqla 14 milyon 963 min manata endirib.
Xərclərin 9 milyon 154 min manatı malın maya dəyəridir.
1 yanvar 2023-cü il tarixinə “İmprotex Trucks and Buses”in balansında 3 milyon 949 min manat yığılmış zərər mövcuddur.