“İmprotex” Şirkətlər Qrupuna daxil olan və Araz vadisində fəaliyyətdə olan “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin direktoru dəyişib.
Banker.az-a daxil olan məlumata əsasən, Ələkbərov Ruslan Nizami oğlu şirkətin direktoru təyin edilib.
O, bu vəzifədə Abdullayev Mühəmməd Fərid Azər oğlunu əvəz edib.
“İmprotex Qarabağ Sənaye Kompleksi” 2022-ci ildə təsis edilib. “İmprotex Qarabağ Sənaye Kompleksi” tərəfindən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur
Qeyd edək ki, “İmprotex” şirkətləri Füzuli Həsən oğlu Ələkbərova məxsusdur.







