9 C
Baku
Sunday, November 17, 2024

İmran Xana sui-qəsd olub: Foto+Video – Yenilənib

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Banker.az bu barədə Pakistan mətbuatına istinadən xəbər verir.

Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib.

Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

***

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

Həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.

İmran Xanın ayağından yüngül yaralandığı bildirilir.

6363b53c076506363b53c0765116674788446363b53c0764b6363b53c0764e

Son xəbərlər
Digər xəbərlər