6 C
Baku
Friday, March 1, 2024

İmran Xanın həbs müddəti uzadılıb

Pakistanın keçmiş Baş naziri İmran Xanın həbs müddəti 14 gün uzadılıb.

Buna səbəb kimi dövlət sirlərinin yayılması göstərilir.

İ.Xanın vəkili Salman Safdar jurnalistlərə açıqlamasında bu qərarın məntiqsiz və qanunazidd olduğunu bildirib.

Qeyd edək ki, İslamabad məhkəməsi dünən Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib və onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI – Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər