İmzanız xarakterinizdən xəbər verir

0

Sirr deyil ki, hazırda rəhbərlik işçilərin işə qəbuluna xüsusi diqqətlə yanaşırlar.

İşə götürülərkən sahib olduğunuz sertifikatlar, diplomlar, tövsiyələr və zəngin CV formanız sizə üstünlüklər qazandıra bilər. Lakin bununla yanaşı bir cəhət də vardır ki, rəhbərlik buna xüsusi diqqət yetirir. Bu sizin imzanızdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İmza – bizim “Mən-obrazımızdır” və özündə sahibi haqqında böyük miqdarda məlumat əks etdirir.

Qrafoloqların iddialarına əsasən imza xarakter, iradə gücü, iş qabiliyyəti, qərarlılıq, depressiyaya meyllilik, hövsələ, biznes imkanları, yaradıcılıq və bir sıra başqa xüsusiyyətlər ilə yanaşı sizin sağlamlığınız ilə bağlı problemləri və pullara münasibətinizi də aydın şəkildə əks edə bilər. Bu səbəbdən də imzanız sizin haqqınızda məlumat mənbəyidir.

Siz özünüz də imzaları müşahidə etməklə ətrafınızdakı insanlar haqqında az-çox məlumat toplaya bilərsiniz və yaxşı olardı ki, ilk öncə tanıdığınız insanlardan başlayasınız. Bu insanlar haqqında ilkin məlumatlar sizə doğru yol göstərəcək. Tam qrofoloji təhlil 30-dan çox bəndə sahib olsa da, onlardan bir neçə əsas və vacib olanlarına diqqət yetirək.

İmzanın istiqaməti olaraq imzanın sonu əsas hesab olunur. Belə ki, əgər imzanın sonu yuxarı istiqamətlənibsə bu insanın optimist, enerjili, nəzərdə tutulan məqsədlərə nail olmaq arzusuna sahib, baş vermiş çətinliklərin öhdəsindən məharətlə gələn biri olduğunu əks etdirir. Bu imza növü həm də imza sahibinin dərin depressiyalara və yaradıcılıq böhranlarına düşməyən biri olduğunu göstərir. Tarazlı insanlarda isə imzanın sonu düz istiqamətdə olur. İmzanın sonunun isə aşağı istiqamətli olması imza sahibinin tez-tez depressiyalara, melanxolik vəziyyətlərə məruz qaldığını, qərarlara daha pessimist yanaşdığını və özünə inamını bir çox hallarda itirdiyini əks etdirir. Bu insanların həmçinin alkoqola müqaviməti də yüksək səviyyədə olmur.

İmzanın uzunluğu: Uzun imzaya sahib insanlar təmkinli, çalışqan, davamlı və hər bir bezdiricilikdən uzaq olan insanlardır. Qısa imza sahibi isə vəziyyətə tez uyğunlaşan, tez qərarlar verən, dərin analizlər aparmağa hövsələsi çatmayan, monoton iş vəziyyətinə uzun müddət diqqətini cəmləyə bilməyən insanlardır. Eyni zamanda onlar yavaş hərəkət edən insanlarla çətin münasibət qururlar. Bir məsələni nəzərə almaq vacibdir ki, bir çox insanlar (müəllimlər, həkimlər, kassirlər və s.) öz işləri ilə əlaqədar tez-tez qol çəkməyə məcburdurlar və buna görə də onlar iki cür – “rəsmi” və vaxta qənaət etmək üçün qısa çəkilən imzaya sahibdirlər. Bu səbəbdən də təhlil zamanı rəsmi imzalar əsas götürülməlidir.

İmzanın ilk və son hissələrinin tarazlığı yarıya bölünərək qiymətləndirilir. İmzanın başlanğıcında 2-3 baş hərflər yazılıb, ikinci hissə kiçik hərflərlə olarsa, bu imza sahibinin əqli fəaliyyətinin yüksək olduğunu xarakterizə edəcək. Əksinə imzanın əvvəlindəki hərflərin ölçüsü balaca, sondakıların isə ölçüsü böyük olarsa belə şəxslərdə praktik fəaliyyət daha nəzərə çarpan olur.

Bundan başqa imzanın ilk yarısı insanın fəaliyyət sahəsini, ikinci yarısı isə xarakteri əks etdirir. Əgər imzanın ilk hissəsi böyük elementlərlə seçilib sona doğru dəyişirsə bu iş zamanı qüvvələrin qeyri-bərabər paylanmasını göstərir. Belə ki, burada işin sonuna doğru işin yerinə yetirilməsinə maraq daha da azalır. Bu insanlarda yerinə yetirilməmiş tapşırıqların göstəricisi yüksəkdir.

Əgər imza bütünlüklə eyni ölçülü elementlərdən ibarətdirsə imza sahibi başlamış olduğu işləri yaranmış bütün çətinliklərə baxmayaraq sona qədər yerinə yetirən bir insandır.

Gördüyümüz kimi, kiçik bir detal vasitəsilə bir insan haqqında kifayət qədər geniş məlumat almaq mümkündür.