13 C
Baku
Monday, May 20, 2024

İnadcıllıq – uğurun təməlidir

Bəzi insanlar var ki, başladığı işləri çox asanlıqla, qarşılarına çıxan ilk ciddi maneədən və çətinlikdən sonra yarıda qoyur, onun arxasınca getmirlər. Onlar bir azca qəm və üzüntü ilə üzləşən kimi, bir az məyusluq hiss edən kimi ən ülvi arzu və yüksək hədəflərdən belə vaz keçirlər.

Digər tərəfdən elə insanlar var ki, HEÇVAXT başladığı işi yarıda buraxmırlar. Onlarda yırtıcı bir sadiqlik hissi var və heç zaman öz hədəflərindən imtina etmir, öz məqsədlərindən əl çəkmirlər. Bu insanlar sümüyü ağzından çıxartmağa icazə verməyən və dişləri ilə möhkəm-möhkəm ona yapışmış canavarı xatırladırlar. Siz sümüyü nə qədər möhkəm çəkmək istəsəniz, onlar da bir o qədər möhkəm onu özlərində tutub saxlamağa çalışacaq. Buna isə hər şeydə -sona qədər inadcıl olmaq deyilir.

Bəs bu iki tip insan arasında fərq nədədir? Psixoloqların bu suala maraqlı cavabı var.Uğurun ən vacib təməl sütunlarından biri – “heç bir uğursuzluğun olmamasını dərk etməkdir, yalnız qabağa doğru irəliləmək vardır. Siz uğursuzluğa məruz qalmırsınız, sadəcə nəticə əldə edirsiniz”.

Bir sıra insanlar vardır ki, onlar sadəcə ilkin yoxladığı variantların işə yaramadığına görə təslim olurlar. Onlar bunu daimi uğursuzluq hesab edirlər, amma onların yeganə ehtiyac duyduğu şey –bir azca yanaşma, yəni düşüncə tərzindəki dəyişiklikdir, “başqa cür dərk etmə”, axı uğurun təməli məhz inadkarlıqdır.

“Bu məğlubiyyətdir” – demək əvəzinə, onlar belə deyə bilər: Mən nəticə əldə etmişəm və bu, sadəcə müvəqqəti təzahürdür. Bu sadə dəyişiklik perspektivdə öz təcrübələrini necə dərk etmələri, onu necə yaşamağı və ətrafdakılara necə çatdırmaq ilə bağlı düşüncə tərzini, fikirləşmək üsulunu dəyişəcəkdir. Siz bu dəfə istiqaməti daha düzgün tutmaq, daha əminliklə addımlamaq üçün dəyərli əks əlaqədən nəticə çıxarır və səhvləriniz üzərində öyrənirsiniz. Bill Qeyts deyir ki, hər uğursuz sövdələşmə və müştəri sizin təcrübənizi daha da zənginləşdirir. Bu zaman insan imtina əvəzinə daha da irəli getmək və öz işində davam etməyə stimul görür.

Sizin nəticələr və onların interpretasiyası

Pensilvaniya Ştatının Universitetinin psixologiya professoru Doktor Martin Seliqman bu məsələ ilə bağlı bir neçə inanılmaz araşdırma etmiş və bunu özünün “Optimizm dərsləri” adlı kitabında əhatə etmişdir. Doktor Seliqman uğursuzluğa uğrayan və inadkarlıq edən və heç vaxt geri çəkilməyən insanlar arasında fərqi müəyyən etmiş və bunu “İzahat tərzi” adlandırmışdır. O demişdir ki, “İzahat tərzi” bizim pis hadisələri və ya həyat uğursuzluqları başqalarına və özümüzə necə izah etməyimiz, həmçinin onları necə interpretasiya etməyimizdir.

Adətən işi yarıda atan insanlar, sabit izahetmə tərzinə malik olurlar. Məsələn, onlar öz irəliləyişlərini dayandırır və bunu müxtəlif bəhanələr ilə izah edirlər: “pəhrizlər heç vaxt işə yaramır” və ya “məsələ mənim genetikamdadır, mən kökəlməyə meylliyəm, istəsəm də arıqlaya bilmərəm”. Bu izahlar mahiyyəti baxımı ilə daimilik xarakteri daşıyır.

Digər insanlar da eyni çətinlik və maneələr ilə qarşılaşır, lakin onların izahat tərzi nisbətən fərqli olur. Onlar məsələləri başqa cür izah edirlər, məsələn “mən bu həftə çox yemək yemişəm”, “deyəsən bu pəhriz mənim orqanizmimə uyğun deyil, mən özümə uyğun pəhrizdən istifadə etməliyəm”. Nəticələrin belə izahı müvəqqəti xarakter daşıyır və öz arxasınca uğur gətirir, çünki insan bu zaman hələ axtarışdadır və öz məqsədinə gedən yolu tapmaqda inadcıldır.

Mənfi nəticələri daimi uğursuzluq kimi qəbul edən insanlar tez təslim olan insanlar qrupuna aiddir və onlar öz “uğursuzluqlarını” həyatlarının digər sahələrinə və hətta öz əməllərinə görə məsuliyyət hissinə də yansıdır. Biri var deyəsən ki, “mən keçən həftə az çalışmışam, yaxşı çalışmamışam, bu dəfə isə əlimdən gələn edəcəyəm, çünki keçən həftə yolda idim”, (bunun müvəqqəti olduğuna inam) biri də var ki, “mən ona görə kökəm ki, mənim genetikam belədir, bizdə nəsillikcə hamı kökdür” (heç nəyi dəyişmək mümkün olmadığına inam, daimilik hissi ilə eyniləşdirmə). Yadda saxlayın ki, bədəndə piyin miqdarı yalnız müvəqqəti təzahürdür və heç də fərdi deyil!

Həyat maneələrini və çətinliklərini müvəqqəti kimi qəbul edən və onları təcrübə yığmaq baxımından dəyərləndirən insanlar –heç vaxt təslim olmur, onlar uğurun təməlinin nədən ibarət olduğunu yaxşı dərk ediblər. Əgər siz başınıza gələnləri təhlil edir və öyrənirsinizsə, keçmişdə işə yaramayan variantları təkrar sınaqdan keçirməyin və əgər siz heç vaxt təslim olmaq istəmirsinizsə, yadda saxlayın ki, sizin uğurunuz qaçılmaz və labüddür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər