4 C
Baku
Tuesday, March 5, 2024

İnam Kərimov Ali Məhkəmədə yeni Qərarlar verdi

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.

Qurumdan  bildirilib ki, toplantıda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” qərar layihəsi və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Plenumun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayış müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

İclasda eyni zamanda, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar layihəsi müzakirə olunaraq, müvafiq qərar qəbul edilib.

Daha sonra Plenumda Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının yeni tərkibi müəyyən edilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

Son xəbərlər
Digər xəbərlər