15 C
Baku
Friday, April 26, 2024

İnam Kərimov gənc kadrı quruma rəhbər təyin etdi – YENİ TƏYİNATLAR

Kənd təsərrüfatı naziri İnam Kərimov“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən, əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovaya həvalə olunub.

Rəşad Babayev Sərxan Sərxanovisə İH-nin üzvləri təyin ediliblər.

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 4-də “Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, yeni quruma ümumi rəhbərliyi və nəzarəti 3 nəfərdən ibarət İH həyata keçirir. İH-nin sədrini və digər üzvlərini nazir vəzifəyə təyin və vəzifədən azad edir.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manat, hüquqi ünvanı isə KTN ilə eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80-dir (Hökumət Evi). Leyla Məmmədova isə bir vaxtlar Azərbaycanın 2-ci dövlət bankı olan “Azər-Türk Bank” ASC-də departament rəhbəri vəzifəsində çalışıb.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər