17 C
Baku
Saturday, May 4, 2024

İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib

İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər