26 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “Baytarlıq şəhəriciyi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binası ilə tanış olub.
Nazir əvvəlcə “Baytarlıq şəhərciyi”ndə yerləşən nazirliyin Aqrar Elm və İnformasiya Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatı Muzeyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında olub və nazirə fəaliyyət sahələri barədə ətraflı məlumat verilib.
Daha sonra nazir Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında olub. İnam Kərimov əvvəlcə Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət və Respublika Karantin Ekspertiza Mərkəzlərinin laboratoriyalarında yaradılan şəraitlə yaxından tanış olub.
Nazirə Respublika Karantin Ekspertiza Mərkəzinin tərkibində Entomologiya, Fitopatologiya, Virusologiya, Fitohelmintologiya, Herbologiya və Molekulyar diaqnostika, Dənin keyfiyyət göstəricilərinin təyini laboratoriyalarının, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin tərkibində isə pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının və ağır metalların təyini, həmçinin digər laboratoriyaların fəaliyyət göstərdiyi barədə məlumat verilib.
İnam Kərimov daha sonra Dövlət Xidmətinin Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemləri (VAİS) və burada görülən işlərlə yaxından tanış olub, nazirə idxal-ixrac prosesində “bir pəncərə” prinsipi, xidmətin elektronlaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.