Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü dəyişib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Samir Murquzov “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinin üzvü seçilib.
O, bu vəzifədə Rəşad Babayevi əvəzləyib.
Qeyd edək ki, Samir Murquzov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) çalışırdı.
“Aqrar Tədarük və Təchizat” ASC Prezidentin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Kənd təsərrüfatı naziri (hazırda İnam Kərimovdur) tərəfindən təyin olunur.
İdarə Heyətinin sədri Aqil Quliyevdir.