17 C
Baku
Saturday, May 18, 2024

İnam Kərimovun kadr islahatı davam edir – İki idarə rəisi işdən çıxarıldı

Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər