20 C
Baku
Sunday, May 26, 2024

İnanılmaz intihar hadisəsi

Bu hadisə 1994-cü ilin bahar fəslində baş verib. Gənc amerikalı Ronald Opus intihar etməyə qərar verir. Ölüm qabağı yazdığı məktubunda o, bu addımı maliyyə problemlərinin olduğu və valideynləri ilə aralarında anlaşılmazlıq olduğu üçün atdığını qeyd etmişdi. 

Bu məktubu yazdıqdan sonra mister Opus pəncərəyə çıxır və özünü doqquzuncu mərtəbədən atır. Əgər o, binada hər gün işləyən pəncərə təmizləyənlərin yeddinci mərtəbənin səviyyəsində təhlükəsizlik toru quraşdırdıqlarını bilsəydi, yəqin ki, özünü doqquzuncu mərtəbədən atmazdı. Yəni, iki mərtəbə düşdükdən sonra o, sadəcə olaraq sağ qalacaqdı. Lakin möcüzəvi bir hadisə baş verir.

Ronald səkkizinci mərtəbənin yanından uçarkən başından güllə yarası alır. Polis cəsədi tordan çıxardardıb, mərhumun şəxsiyyətini təyin etməyə çalışdıqları vaxt detektivlər güllə atanın təsadüfən adam öldürmə cinayətində günahlandırmasını tələb edirlər. Əgər səkkizinci mərtəbənin sakini atəş açmasaydı, Ronald Opus tora düşüb sağ qalacaq idi.

Cinayət işinin gedişatında digər faktlar üzə çıxır. Məlum oldu ki, səkkizinci mərtəbənin sakini qoca bir kişi öz həyat yoldaşına atəş açıb, lakin güllə ona deyil, pəncərəyə dəyib. Bu zaman detektivlər qoca kişini həmçinin sui-qəsdə (həyat yoldaşına qarşı) ittiham edilməli olduğunu iddia edirlər. Yaşlı cütlüyün ifadə verdiyi zaman qoca kişinin qəzəbləndiyi vaxt yoldaşını qoxutmaq üçün doldurulmamış tüfəngdən havaya güllə açdığını bəyan etmişdilər. Bu bir növ ailə adətinə çevrilmişdir. Cütlük tüfəngin hər zaman divardan asıldığını və heç kəsin onu doldurmadığını deyirdilər.

Deməli, amerikan qanunlarına müvafiq olaraqtüfəngi gizli dolduran şəxs təsadüfən adam öldürmədə ittiham edilməli idi.

Lakin bunu kim edə bilərdi? Polislər yaşlı cütlüyün evinə sərbəst şəkildə yalnız onların oğlunun girə biləcəyini araşdırıb müəyyən edirlər. Polislər onların oğlunun dostunu tapırlar və sorğu-suala çəkirlər. Və çoxlu məlumat əldə edirlər. Atasının anasını tüfəng ilə hədələdiyinə bildiyi üçün oğul tüfəngi doldurur və atasının anasını öldürəcəyinə, özünün isə həbsxanaya düşəcəyinə ümid edir. Lakin bir neçə həftə yaşlı cütlük çox mehriban idilər. Və bu onların oğullarını çox məyus etmişdi.

Polislər cütlükdən onların oğullarının harada olduğunu soruşurlar?

“Necə yəni haradadır? – deyə qoca kişi təəcüblənir – Oğlum bizdən bir mərtəbə yuxarıda qalır…”

Bəli, cütlüyün oğulları Ronald Opusun özü idi! Ronald Opus tüfəngi doldurmuşdu, qisas planı baş tutmadıqda isə məyus olur və intihar etmək qərarına gəlir. Və öz gülləsi ilə güllələnir. Tutdurmaq istədiyi öz atası tərəfindən. İntihar Opusun tam istədiyi kimi olmasa da, baş tutur…

Bu hadisə uydurulmuş bir hadisəyə bənzəsə də, qeydə alınmış bir faktdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər