11 C
Baku
Monday, November 18, 2024

“İnci Şirkətlər Qrupu” məcburi auditdən yayınmağa görə cərimə olunur

“İnci Group of Companies” Qapalı Səhmdar Cəmiyyət cərimələnir.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Azər Tağıyevdir.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, İnci Group of Companies (QSC) 1995-ci ildən bəri fəaliyyət göstərir. Hal-hazırda Azərbaycanda Satış, İstehsalat və Distribütor Şirkəti olaraq çalışır.

Son xəbərlər
Digər xəbərlər