11 C
Baku
Tuesday, November 26, 2024

İncoterms nədir? Onun logistikada əhəmiyyəti haqqında

Incoterms  (International Commercial Terms) beynəlxalq ticarətin ən önəmli anlayışlarından biridir. Incoterms-in ilk versiyası 1936-cı ildə dərc olunmuş və təxminən 20 il qüvvədə qalmışdır. Ən son versiyası olan Incoterms 2020, 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə minmişdir. Incoterms – əmtəənin satıcıdan alıcıya çatdırılması zamanı tərəflər arasındakı münasibətləri tənmizləyir. Incoterms qaydaları müqavilə demək deyil. İncoterms 2010 da olduğu kimi İncoterms 2020 də 11 çatdırılma şərti vardır.

Kodlarİncoterms  2020Çatdırılma şərtləri
EXWEx WorksAnbarda təhvil
FCAFree CarrierSatıcının ölkəsində təyin olunmuş yerdə təhvil
FAS*Free Alongside ShipRazılaşdırılmış yüklənmə limanı təhvil
FOB*Free On BoardGəmi göyərtəsində təhvil
CFR*Cost And FreightÇatdırılma xərci ödənmiş limanda təhvil
CIFCost, Insurance and FreightÇatdırılma xərci və sığorta ödənmiş limanda təhvil
CPTCarriage Paid ToTəyin olunmuş yerdə daşınma xərcləri ödənmiş təhvil
CIPCarriage and Insurance Paid ToTəyin olunmuş yerdə daşınma xərcləri və sığorta ödənmiş təhvil
DPUDelivered At Place  UnloadedTəyin olunmuş yerdə yük boşaldılmış təhvil
DAPDelivered At PlaceAlıcının ölkəsində təyin olunmuş yerdə təhvil
DDPDelivered Duty PaidBütün rüsumlar ödənilmiş ünvanda təhvil
NövüIncoterms
  Multimodal 
(hava / deniz / quru / dəmiryolu)
EXW, FCA, CPT, CIP, DPU, DAP, DDP
  Yalnız dəniz nəqliyyatı*FAS, FOB, CFR, CIF
  

2010-cu il və 2020-ci il Incoterms qaydaları arasında müəyyən fərqliliklər mövcuddur ki, əsas fərqlər xüsusiyyətlər üzrə qruplaşmalarda qeyd olunub:

E qrupu:

EXW (EX WORKS) – Anbarda təhvil

Satıcıya ən az risk gətirən çatdırılma növüdür ki, burada satıcının öhdəliyi minimum dərəcədədir. EXW çatdırılma şərtində satıcının əsas vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda  ixrac ediləcək malın yükləməsinin ediləcəyi yerdə (fabrik, anbar, və s) malları qablaşdırılmış halda hazır saxlaması kifayətdir. Burada alıcı tam məsuliyyət daşıyır. Alıcı ixrac ölkəsindəki malları alması üçün nəqliyyat vasitəsini göndərir, malları yükləyir, gömrükdən keçirir, (aralıq daşıyıcı istifadə edərsə əsas daşıyıcıya yükləyir) öz ölkəsinə gətirir və öz ölkəsindəki gömrükdən də keçirərək malın boşaldılacağı yerə gətirir. Hər iki ölkədə gömrük, nəqliyyat, daşınma, yükləmə, boşaltma və onların xərcləri alıcıya aiddir.    

Nəqliyyat: Satıcının nəqliyyat müqaviləsi bağlamaq öhdəliyi yoxdur. Razılaşmaya görə müəyyən edilə bilər.

Sığorta: Sığorta əməliyyatları tərəflərin qarşılıqlı razılığına verilir. Sığorta olunmaya bilər və ya razılaşmaya görə, alıcının və ya satıcı sığortanı edə bilər.

Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

EXWXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid
İxrac gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Alıcıya aidAlıcıya aid
Əsas nəqliyyatAlıcıya aidAlıcıya aid
SığortaAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

F qrupu:

FCA (FREE CARRIER) – satıcının ölkəsində təyin olunmuş yerdə təhvil

FCA çatdırılma şərtində satıcı malları öz yerindən daşıyıcıya yükləyərək gömrük rəsmiləşməsini etməklə və təyin olunmuş yerdə əsas daşıyıcıya təhvil veməklə satıcının məsuliyyəti bitmiş olur. Yükləmə satıcının yerindədirsə (anbarındadırsa)  yükləmə ona aiddir, başqa yerdədirsə ( hava/dəniz limanı ) alıcıya aiddir. Satıcılar çox vaxt ödənişləri akkreditivlə (bank yolu ilə) almaqda maraqlı olurlar. Akkreditivin verilməsi üçün isə bank tərəfindən yükləmə sənədləri tələb olunur. Əsas da gəmi yükləməsində FCA şərtində yük gəmiyə yüklənmədən belə satıcının öhdəliyi bitmiş olur, buna görə də satıcının akkreditivi alması üçün banklar satıcılardan yükləmə bildirişini göstərən sənədi tələb etdiklərində problem yaşanırdı. Incoterms 2020 ilə  FCA çatdırılma şərtində ilk dəfə bu problemin həlli yolu tapılmışdır. Tərəflər yük gəmiyə yükləndikdən sonra alıcının göstərişi ilə yükləmə tarixi göstərilmiş yükləmə sənədini daşıyıcı tərəfindən satıcıya təqdim edilməsini təmin edə bilər ki, bu vəziyyətdə satıcı  yükləmə sənədini banka təqdim etməklə göndərilmiş malların, xidmətlərin dəyərini  əldə edə bilər. Dəyişilikdən sonra  FCA çatdırılma şərtində satıcıya gəmiyə yükləmədə (on board) yükləmə sənədi verilməsi əlavə olundu.

FCA qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə +  daxili nəqliyyat + ixrac gömrük xərcləri

Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.

Sığorta: Sığorta öhdəliyi yoxdur, tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

FCAXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Alıcıya aidAlıcıya aid
Əsas nəqliyyatAlıcıya aidAlıcıya aid
SığortaAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

            FAS (FREE ALONGSIDE SHIP) – Razılaşdırılmış yüklənmə limanı

FAS çatdırılma şərti FCA dan fərqli olaraq yalnız dəniz nəqliyyatında istifadə olunur. Satıcı, anbarından  daşıyıcıya yüklədiyi malları limana gətirir, gömrük rəsmiləşməsini edir, gəmiyə yükləmə etmədən limanda alıcıya təhvil verərək öhdəliyini bitmiş hesab edir. Əgər gəmi limandan aralıdırsa və  aralıq daşıyıcıya ehtiyac varsa satıcı bu öhdəliyi öz üzərinə götürmüş olur. Bundan sonrakı öhdəlik alıcıya keçir. Alıcı yükləmə, boşaltma, nəqliyyat və sığorta xərclərini öz öhdəliyinə götürmüş olur.

FAS qiymət hesablanması:  malın satış qiyməti + qablaşdırma + yükləmə +  daxili nəqliyyat + ixrac gömrük xərcləri

Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.

Sığorta: Sığorta öhdəliyi yoxdur  , tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.

FASXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Alıcıya aidAlıcıya aid
Əsas nəqliyyatAlıcıya aidAlıcıya aid
SığortaAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

FOB (FREE ON BOARD) – Gəmi göyərtəsində təhvil

FOB  çatdırılma şərtində satıcı FAS şərtində proseduru olduğu kimi icra edər, fərqli olaraq limana boşaldılmış malı gəmiyə yükləyər və öhdəliyi alıcıya verər.

FOB qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri

Nəqliyyat: Əsas daşıyıcının xərcləri və cavabdehlik alıcıya aiddir.

Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.

FOBXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatAlıcıya aidAlıcıya aid
SığortaAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

C qrupu

CFR (COST AND FREIGHT) – Çatdırılma xərci ödənmiş limanda təhvil

CFR çatdırılma şərti yalnız dəniz nəqliyyatında istifadə olunur. Satıcı malları daşıyıcıya yükləyir gömrük rəsmiləşməsini edərək malları limana gətirir və gəmiyə yükləyir , təyin olunmuş limanda boşaldana qədər bütün xərcləri ödəyir . Burada daşıma satıcıya aid olsa da  daşıma zamanı yarana biləcək istənilən risk (itmə, zərər və s.) alıcıya aiddir. Yəni satıcı sadəcə yol xərcini ödəyir, alıcı isə öz ölkəsindəki yol xərcini və idxal gömrük rəsmiləşməsini öz öhdəsinə götürür. İncoterms 2020 CFR çatdırılma şərtində  hər hansı dəyişiklik olmamışdır.

CFR qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri

Daşıma: Əsas daşıyıcının xərcləri satıcıya aiddir.

Sigorta: Sığorta öhdəliyi yoxdur  , tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.

CFRXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidAlıcıya aid
SığortaAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

CIF (COST, INSURANCE, FREIGHT) – Çatdırılma xərci və sığorta ödənmiş limanda təhvil

CIF çatdırılma şərtində satıcı, alıcı ölkənin təyinat limanına çatdırlması üçün alıcı adından dəniz sığortasını edir. Daşınma xərcləri satıcıya aid olsada , risklər alıcıya aiddir. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır. İncoterms 2020 CİF şərtində sığortanın minimum sığorta səviyyəsində (misal üçün yalnız təbii fəlakətlərdən sığorta) aparılması qərara alındı.

CİF qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + sığorta

Daşıma: Əsas daşıyıcının xərcləri satıcıya aiddir.

Sigorta: Satıcı alıcı adından sığorta xərclərini qarşılayır.

Daşıma növü: Dəniz nəqliyyatında istifadə edilə bilər.

CİFXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidAlıcıya aid
SığortaSatıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma((daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

CPT (CARRIAGE PAID TO) – Təyin olunmuş yerdə daşınma xərcləri ödənilmiş təhvil

CPT çatdırılma şərtində satıcı malın alıcının ölkəsində yerləşən təyinat yerinə aparılmasına və alıcının anbarına malı aparan daşıyıcıya təhvil verilməsinə cavabdehlik daşıyır. CFR çatdırılma şərti ilə eynidir, fərqli olaraq CPT bütün nəqliyyat vasiələrində istifadə oluna bilər . İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.

CPT qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri

Nəqliyyat: Əsas daşıyıcının xərcləri  satıcıya aiddir.

Sığorta: Sığorta öhdəliyi yoxdur  , tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

CPTXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidAlıcıya aid
SığortaAlıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

CIP (Carriage and Insurance Paid to) – Təyin olunmuş yerdə daşınma xərcləri və sığorta ödənmiş təhvil

CİP çatdırılma şərtində satıcı bütün risklər daxil sığortanı etməyi öz öhdəsinə götürmüş olur. CIP şərti dəyəri çox yüksək, əsasən istehsal olunan malların daşınması zamanı istifadə olunur. CİP şərti CİF şərtindən fərqli olaraq bütün nəqliyyat vasitələrində istifadə olunur. İncoterms 2020 CİP çatdırılma şərtində sığortanın bütün risklər daxil sığortalanması qərara alındı ki, bu da minimum sığorta ilə CİF şərtindən fərqləndirir.

CİP qiymət hesablanması: = malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri + sığorta

Nəqliyyat: Əsas daşıyıcının xərcləri  alıcıya aiddir.

Sığorta: Sığorta satıcıya aiddir,

Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

CİPXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidAlıcıya aid
SığortaSatıcıya aidAlıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Alıcıya aidAlıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Alıcıya aidAlıcıya aid

D qrupu

DAP (DELIVERED AT PLACE) – Alıcının ölkəsində təyin olunmuş yerdə təhvil

DAP çatdırılma şərti bütün nəqliyyat vasitələrində istifadə oluna bilər. Bu çatdırılma şərtində satıcı malları yükləyib öz ölkəsində gömrük rəsmiləşməsini etdikdən sonra aralıq daşıyıcı istifadə edibsə əsas daşıyıcıya yükləyər, təyin olunmuş yerə ( liman, hava limanı, terminal, alıcının anbarı) çatdırar və bundan sonra yüklərin boşaldılması alıcıya həvalə olunar. İxrac rəsmiləşdirilməsini satıcı, idxal rəsmiləşdirilməsini isə alıcı aparır.

DAP qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri +  alıcının ölkəsindəki nəqliyyat  xərcləri

Nəqliyyat:  Xərclər satıcıya aiddir.

Sığorta: Sığorta öhdəliyi yoxdur  , tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü: Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

DAPXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidSatıcıya aid
SığortaSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Satıcıya aidSatıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid

DPU (DELIVERED AT PLACE UNLOADED) – Təyin olunmuş yerdə yük boşaldılmış təhvil

2010-cu il  DAT (“Delivered at Terminal”)  və  DAP (“Delivered at Place”) şərtlərini qarışdırmamaq üçün 2020-ci il qaydalarında DAT əvəzinə DPU (“Delivered at Place Unloaded”) şərti yer almışdır. DPU çatdırılma şərtində satıcı malları yükləyib öz ölkəsində gömrük rəsmiləşməsini etdikdən sonra aralıq daşıyıcı istifadə edibsə əsas daşıyıcıya yükləyər  (DAT şərtindən fərqli olaraq terminala deyil)  təyin olunmuş yerə  ( liman, hava limanı, terminal, alıcının anbarı) çatdırar və yüklərin boşaldılmasını həyata keçirər. DPU çatdırılma şərti bütün nəqliyyat vasitələrində istifadə oluna bilər. Alıcı öz ölkəsindəki gömrük, vergi və digər xərcləri özü qarşılayır.

Müqavilədə yaxud fakturada çatdırılma şərti (delivery term) “DPU Nice Train Station“ şərtində  qeyd edilibsə Bakıda yerləşən ixracatçı şirkət yəni satıcı , Bakıda tıra yüklədiyi yükün “Nice“ da idxalatçı yəni alıcı firmanın qeyd etdiyi ünvanda  (“Nice Train Station”)  yük çatana qədər çatdırılmaya dair risklərə cavabdehdir.

DPU qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri +  alıcının ölkəsindəki nəqliyyat və yük boşaltma xərcləri

Nəqliyyat:  Xərclər satıcıya aiddir.

Sığorta: Sığorta öhdəliyi yoxdur , tərəflərin qarşılıqlı razılığına verilib.

Daşıma növü:  Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

DPUXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidSatıcıya aid
SığortaSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Satıcıya aidSatıcıya aid
İdxal gömrük rəsmiləşməsiAlıcıya aidAlıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid

DDP (DELIVERED DUTY PAID) – Bütün rüsumlar ödənilmiş ünvanda təhvil

EXW şərtində idxalatçının (alıcının) daşıdığı məsuliyyət DDP şərtində ixracatçıya (satıcıya) keçir. Hər iki gömrükdəki ( ixrac və idxal) vergilər, yükləmə və nəqliyyat xərcləri , risklər satıcıya aiddir, alıcı sadəcə ünvanda yüklərin boşaldılmasını həyata keçirir.

DDP qiymət hesablanması: malın satış qiyməti + qablaşdırma + yükləmə + daxili nəqliyyat + ixrac gömrük xərcləri + liman xərcləri + yük (icarə) xərcləri +  alıcının ölkəsindəki nəqliyyat xərcləri + idxal gömrük xərcləri,yerli vergilər 

Nəqliyyat:  Xərclər satıcıya aiddir.

Sığorta: Sığorta satıcıya aiddir.

Daşıma növü:  Bütün nəqliyyat vasitələrində istifadə edilə bilər.

DDPXərclərRisklər
QablaşdırmaSatıcıya aidSatıcıya aid
İlk daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid
İxrac gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsinə yükləmə (handling)Satıcıya aidSatıcıya aid
Əsas nəqliyyatSatıcıya aidSatıcıya aid
SığortaSatıcıya aidSatıcıya aid
Əsas nəqliyyat vasitəsindən boşaltma (handling)Satıcıya aidSatıcıya aid
İdxal gömrük rəsmiləşməsiSatıcıya aidSatıcıya aid
Son daxili daşıma (daxili nəqliyyat)Satıcıya aidSatıcıya aid

İncoterms 2020

 

Multimodal

dəniz , hava, quru , dəmir yolu

Müəllif: Nicat Kərimli,Təchizat üzrə mütəxəssis

Son xəbərlər
Digər xəbərlər