7 C
Baku
Sunday, December 29, 2024

İndi əmlak sığortasını əldə etmək daha rahat!

“Atəşgah” Sığorta Şirkəti yarandığı gündən , sığortanın təməl dəyəri olan “etibar” prinsipi əsasında fəaliyyətini davam etdirir. Şirkət Azərbaycan sığorta bazarında günbəgün yenilənən və inkişaf edən , çoxçeşidli sığorta məhsulları ilə müştərilərə xidmət edir.
Ən son peşəkar biliklərə yiyələnməklə müştəriləri etibarlı maliyyə müdafiəsi ilə təmin etmək missiyasını həyata keçirən “Atəşgah” Sığorta Şirkəti, yeniliklərin tətbiqinə davam edir.
Məmnuniyyətlə bildiririk ki , müştərilər Daşınmaz Əmlakın İcbari Sığortası xidmətini “Atəşgah” mobil tətbiqi ilə yanaşı, hazırda ABB mobil tətbiqi üzərindən də əldə edə bilərlər. Beləki , müştərilər olduqları məkandan ayrılmadan, asan və operativ şəkildə sığorta məhsulunu sözügedən tətbiq vasitəsi ilə əldə edə biləcəklər!

Daşınmaz əmlak sığortasının əsas məqsədi yanğın, təbii fəlakətlər və digər səbəblərdən əmlaka dəymiş ziyanı qarşılamaq, müştərilərin maddi ziyana düşməsinin qarşısını almaqdır.

Hər zaman sizləri düşünən sığorta!

Son xəbərlər
Digər xəbərlər