9 C
Baku
Friday, March 13, 2026

İndi Azərbaycandakılar bunun hər kq-na böyük həcmdə pul xərcləyirlər: 99%-i də Çindən gəlir

Azərbaycan soyuq delikates qəlyanaltı olan nərə balığının kürüsünü xaricə ixrac həcmini iki qat artırmaqla yanaşı, idxalını da artırıb. Bununla belə, istehsala güc verib.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk yarısı (yanvar-iyun) ərzində Azərbaycan xaricə 40 kq həcmində kürü ixrac edib. Bu ixrac olunan kürünün ixrac dəyəri isə 50.5 min dollar (85.85 min manat) olub. Azərbaycan 2020-ci ilin birinci yarısında cari ildəkindən iki dəfə az həcmdə kürü ixrac etmişdi. Həmin dövrdə, 20 kq, yaxud 24.15 min dollar valyuta əldə etmişdilər.

2021-ci ilin ilk yarısında ixrac edilmiş nərə balığının 20 kiloqramını (15.97 min dollar) ABŞ-a, 10 kiloqramı (29.7 min dollar) BƏƏ-yə, 10 kiloqraml isə (4.83 min dollar) Honkonqa edilmişdir.

ÖLKƏDƏN SİFARİŞ ARTIR

2020-ci ilin birinci  yarımilliyində Azərbaycan əhalisi xaricdən 1 880 kq həcmində nərə balığı kürüsü sifariş edib. Buna görə isə Azərbaycan əhalisi (bunun alıcıları nəzərdə tutulur) 565.75 min dollar həcmində xaricə pul ödəyib.  Öncəki ildə ölkəmizə 380 kq həcmində nərə balığı kürüsü (120.13 min dollar) idxal edilmişdi.

Azərbaycan idxal etdiyi nərə balığı kürüsünün 99%-i, yaxud 1 860 kiloqramını (559.58 min dollar) Çindən edib.

İSTEHSAL DA ARTIB

Cari ilin ilk 6 ayındakı göstəricilərdə qeyd edilir ki, Azərbaycan 16.6 kq həcmində cəmi kürü istehsal edib. Bu da öncəki ili 2.5 dəfə üstələməsi deməkdir.

Qeyd edilməlidir ki, delikatesin 1 kiloqramının qiyməti  Azərbaycanda 1000-1500 manat arasında dəyişir. Qara kürünün 80%-dən çoxu Xəzər dənizindən əldə olunsa da, nərə balığının kökü kəsilmək üzrə olduğundan onun ovuna qadağa (moratorium) qoyulub.

Xatırladaq ki, nərə balığının süni artırılması məqsədi ilə 1954-cü ildə Neftçalada ilk balıqartırma zavodu tikilib. Şirvan şəhərində və Qaradağ rayonunda da balıqartırma zavodları fəaliyyət göstərir. Bu zavodlarda xüsusi şəraitdə yetişdirilən nərə balıqları (“akvakultura” və ya “broyler balığı” yetişdirmək sənayesi) Xəzər dənizinə buraxılır (hər il təxminən 15-16 milyon).

Son xəbərlər
Digər xəbərlər