21 C
Baku
Wednesday, September 24, 2025

İndi Azərbaycanda ən çox hansı mühərriklərə üstünlük verilir? Tendensiya necədir?

Son 10 ildə Azərbaycanda minik avtomobillərinin enerji məhsulu üzrə strukturu ilbəil dəyişir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə minik avtomobillərinin əksəriyyəti benzinlə işləyirdi, onların sayı 943 min civarında idi, dizel avtomobilləri isə 105 minə yaxın idi.

Növbəti illərdə dizelə olan maraq yavaş-yavaş artsa da, bu artım nisbəti benzinlə işləyən avtomobillərin üstünlüyünü dəyişə bilmədi. Məsələn, 2025-ci ildə dizel avtomobillərin sayı 185 minə yüksələrək 2014 illə müqayisədə təxminən 76 faiz artım göstərdi, ancaq benzinlə işləyənlər hələ də bazarın dominant hissəsini təşkil edir və 1,314 milyon avtomobilə çatıb, bu da 2014 ilə müqayisədə 39 faiz artım deməkdir.

Dizel avtomobillərin sayının benzinlə müqayisədə artması, onun yanacaq sərfiyyatına qənaət etməsidir və uzun məsafələrdə daha sərfəlidir, bu da xüsusilə sərnişin və daşımalarda daha sərfəlidir. Azərbaycanda dizelin qiyməti öncəki illərdə qiymət tənzimləyicisi tərəfindən benzinə nisbətdə daha çox bahalaşdırılıb. Məsələn, sonuncu dəfə Aİ-92 benzini 10% bahalaşaraq bir litri 1.1 manat olarkən, dizeldə bu 25% artımla 1 manat olub.

Son illərdə isə alternativ enerji növlərinə maraq daha çox artıb. Buna səbəb həm də hökumətin istehsal ili iki ildən az olan hibrid və elektriklə çalışan avtomobillərə vergi güzəşti, digər vacib məqam isə artıq əksəriyyət iri zavodlar alternativ enerji ilə çalışan avtomobil istehsal etməkdədir. Elektrik mühərrikli avtomobillərin sayı 2023-cü ildən etibarən artmağa başlayıb və 2025-ci ildə 5 941-ə çatıb. Hibrid avtomobillərin sayı isə eyni dövrdə 66 385-ə yüksələrək bazarda yeni tendensiya formalaşdırıb.

Bununla da, hibrid və elektrik hazırda dizel və benzinlə işləyən avtomobillərin bazar payına təsir göstərərək, gələcəkdə onların artımını məhdudlaşdırır. Məsələn, benzinlə çalışan minik avtomobillərinin sayı illik müqayisədə artım tempi son illərin minimum səviyyəsi olan 3%-ə düşüb. Bu, hətta devalvasiyadan sonrakı iki ildəki artım tempindən xeyli aşağı qalır.

Dizelin artım tempi isə ən yüksək 2023-cü ildə 67% olsa da, sonrakı 2024-cü ildə bu 12% faizə düşüb.Picture3

Son xəbərlər
Digər xəbərlər