3 C
Baku
Saturday, December 14, 2024

“İndi bank sistemi 50-60 ci illərdə olduğu kimi bütləşdirilmir.” – Rüfət Aslanlı

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı “ Banklar haqqında” qanunun müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təklif və iradlara cavab verib.

Palata sədri bildirib ki, qurum yarandığı gündən etibarən 4 ay istirahətsiz işləyib: “Hətta Novruz bayramı günləri içində də işləmişik. Onu da qeyd edim ki, sistem əhəmiyyətli banklar dövlət hesabına  müvafiq icra hakimiyyəti ilə razılaşdırılmaqla sağlamlaşdırılır. Burada söhbət institutlardan deyil, dövlət və biznes arasındakı münasibətlərdən gedir. Tənzimləmə rejimini dövlət həyata keçirir. O ki, qaldı Palatanın  məsuliyyətinə, təbii ki, qanunda məsuliyyət var. Palata qanunsuz qərarlar qəbul edərsə, burada maliyyə məsuliyyəti daşıyır. İqtisadi, sosial məsuliyyət isə daha başqadır”.

İsveçrədə bank sisteminin sirrinin qorunmasına gəlincə isə, o, qeyd edib ki, bu fikir yanlışdır: “İsveçrə bank sistemi vergi, hüquq-mühafizə orqanlarına, maliyyə orqanlarına müntəzəm məlumat verir. Özümüzü aldatmayaq. İndi bank sistemi 50-60 ci illərdə olduğu kimi bütləşdirilmir.

Nağdsız hesablaşmalara gəlincə isə, artıq 3 milyon 800 min insanda kart var. Bunun özü də rahat imkan yaradır ki, nağdsız hesablaşmalar həyata keçirilsin”.

Spiker isə qeyd edib ki, şirkətlər birdən-birə nağdsız hesablaşmalara keçməyə hazır deyil: “ Biz “Nağdsız hesablaşmalar haqqında” qanunu qəbul etdik, amma bir qədər tələsdik. Şikayətlər çoxdur. Bu məsələyə bir daha baxmaq lazımdır”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər