11 C
Baku
Monday, November 18, 2024

İndi də Çin yuanının başını qara buludlar alıb

BANKER.AZ — İqtisadçılar bildiriblər ki, Çinin Mərkəzi Bankı, yaxud rəsmi adı ilə Çin Xalq Bankı milli valyuta yuanının ABŞ dolları qarşısında çox tez zəifləməsini saxlamaq istədiyinə dair güclü siqnal göndərib.

Bu il ikinci dəfə Çin Xalq Bankı bazar ertəsi bankların saxlaması lazım olan xarici valyutanın miqdarını azaldacağını açıqladı.

Bu cür hərəkətlər nəzəri cəhətdən bu il 8%-dən çox ucuzlaşan yuana zəifləmə təzyiqini azaldır və ABŞ dolları qarşısında son iki ilin minimum səviyyəsinə enir.

Çin rəsmiləri səciyyəvi olaraq son üç ayda əsas valyuta səbətindəki pullara qarşı 1% möhkəmləndiyini dilə gətirirlər.

İqtisadçılar çin valyutası ilə dolların məzənnəsinə nəzərən nisbətinə nə qədər əhəmiyyət verildiyi və bunun azalmasının ölkə üçün nə qədər əhəmiyyətli olmasını iki səbəblə izah edirlər:

Birincisi, on ildə bir dəfə baş verən rəhbərlik dəyişikliyi və ABŞ-Çin gərginliyinin yüksəldiyi bir ildə Çin liderləri RMB-nin (Renminbi – yuanın digər adı) ABŞ dolları ilə ikitərəfli məzənnəsinə xüsusi əhəmiyyət verirlər, çünki RMB/USD-nin hansısa şəkildə nisbi iqtisadi və siyasi gücü əks etdirdiyinə inanırlar.

İkincisi, RMB/USD-nin böyük dəyər itirməsi daxili əhval-ruhiyyəni zəiflədə və kapitalın uçuşunu sürətləndirə bilər.

Çinin hakim Kommunist Partiyası oktyabrda prezident Si Tszinpinin gücünü artırmaqla yanaşı, yeni liderlər qrupunu seçməyə hazırlaşır.

ABŞ və Çin arasında gərginlik son bir neçə ildə artıb və nəticədə Çin texnologiya şirkətlərinə tariflər və sanksiyalar tətbiq edilib.

Bu arada, Çinin iqtisadi artımı son üç ildə, xüsusən də 2020-ci ildə pandemiyanın şoku ilə yavaşladı. Şanxayın iki aylıq karntinə girmsəi də daxil olmaqla, bu il daha sərt Covid-19 nəzarəti bir çox iqtisadçının ÜDM üzrə proqnozlarını 3%-ə yaxın azaltmağa sövq edir.

Bu iqtisadi yavaşlama yuanın zəifləməsinə səbəb olub ki, bu da Çin ixracatını ABŞ və digər ölkələrdəki alıcılar üçün ucuzlaşdırmağa kömək edə bilər. ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini aqressiv şəkildə sərtləşdirməsi nəticəsində ABŞ dolları bu il əhəmiyyətli dərəcədə möhkəmlənib.

Bundan əlavə, dollar – ABŞ dolları indeksi ilə ölçüldüyü kimi – avronun 20 illik minimumlarından və eyni ilə yapon yeninin enişindən artıma nail olub.

“Goldman Sachs” analitiki Maqqi Vey düşünür ki, Çin Mərkəzi Bankı yuanın ABŞ dollarına qarşı daha da ucuzlaşmasına dözümlü ola bilər, xüsusən də güclü dollar möhkəmlənməyə davam etdikcə, onun sürətli ucuzlaşmanın qarşısını almaq istəyə bilərlər.

Analitiklər yaxın üç ayda yuanın dollara nisbətdə (1 dollar 7 yuan) ucuzlaşacağını gözlədiklərini bildiriblər. “Nomura” valyuta analitikləri ilin sonuna qədər 7.2 səviyyəsini proqnozlaşdırırlar.

Yuan sonuncu dəfə 2020-ci ilin mayında və 2019-cu ilin sentyabrında dollara qarşı 7.2 civarında ticarət edilib.

“Capital Economics”in Çin üzrə analitiki Culiyan Evans-Pritçard isə düşünür ki, bu, ticarət müharibəsi zamanı USD/CHY cütülüyünün məzənnəsi 7.2-dən çox uzağa getməyəcək. İqtisadçı bu məzənnə səviyəsini əsas və psixoloji bir hədd kimi görür. Çünkü bu səviyyədən kənara çıxarsa ölkə valyutası üçün böyük risklərə çevrilə bilər. Kapital axınları yüksələ bilər.

Çərşənbə axşamı günü Çin Mərkəzi Bankı yuanın dollara nisbətdə orta məzənnəsini 6.9096 səviyyəsində təyin edib ki, bu da 25 Avqust 2020-ci ildən bəri ən zəif göstəricidir. Mərkəzi Bank son qiymət səviyyələrinə əsaslanaraq gündəlik ticarət orta nöqtəsini təyin edərək yuana sərbəst şəkildə nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər