1 C
Baku
Saturday, December 14, 2024

İndi pul köçürmələri daha asan oldu

VİSA və MasterCard kartlarına sahib olan şəxslər “VISA Personal Payment”/”MasterCard Money Transfer” xidməti vasitəsilə təhlükəsiz, rahat və tez pul köçürmələrindən istifadə edə bilərlər.

“VISA Personal Payment”/”MasterCard Money Transfer” xidməti vasitəsilə kart sahibləri VISA və MasterCard kartlarından respublikamızın və digər ölkələrin bankları tərəfindən buraxılan VISA və MasterCard kartlarına banka getmədən pul köçürə bilərlər. Bu xidmət vasitəsilə köçürmələr ölkə daxilində milli valyutada, ölkədən kənara isə xarici valyutada aparıla bilər. Xidmətdən istifadə etmək üçün banka yaxınlaşmaq tələb olunmur, bütün VISA və MasterCard kartları avtomatik olaraq xidmətə bağlıdır.

Qeyd etdiyimiz xidmətin üstünlükləri:

• vəsaitlərin göndərilməsi və alınması VPP və ya MMS xidmətinə qoşulmuş dünyanın istənilən bankının bankomatında mümkündür
• göndərilən vəsait saniyələr ərzində istifadəyə yararlı olur
• xidmətə qoşulmaq üçün banka yaxınlaşmaq tələb olunmur
• vəsaiti göndərmək üçün yalnız vəsaiti alacaq şəxsin kart nömrəsi kifayətdir
“VISA Personal Payment” və “MasterCard Money Transfer” xidmətindən istifadə qaydaları aşağıdakı kimidir:
• Əməliyyatı aparmaq üçün bankomata yaxınlaşaraq kart daxil edilir və PİN-kod yığıldıqdan sonra bankomatın ümumi menyusuna yönləndirilir. Açılmış menyuda Pul Köçürmələri xidməti seçilir.
• Həmin menyuda Beynəlxalq köçürmə düyməsinə basılır. Açılan pəncərədə alan tərəfin kart nömrəsini daxil etmək xahiş olunur və Davam et düyməsinə basılır.
• Növbəti pəncərədə göndərilən pul vəsaitinin valyutası seçilir və istifadəçi razılaşması ilə taniş olunaraq Qəbul et düyməsinə basılır.
• Növbəti addımda köçürülən məbləğ daxil olunur və Davam et düyməsinə basılır.
• Açılmış pəncərədə daxil edilmiş kart nömrəsi, valyuta və pul köçürməsi üçün tutulan komissiya məbləği əks olunur. Bu məlumatlar bir daha nəzərdən keçirilir və düzgün olduğu halda Bəli düyməsi sıxılır və beləliklə əməliyyat uğurla başa çatmış olur.

Qeyd etmək istəyirik ki, PVV və MMS pul köçürmələri üzrə komissiya haqqları göndərən kartın məxsus olduğu bank tərəfindən təyin olunur.

Son xəbərlər
Digər xəbərlər