23 C
Baku
Thursday, April 25, 2024

“İndiki zamanda yaşayın və başqalarının uğurlarına görə özünüzü öldürməyin” – Dan Waldschmidt

Məşhur bloqqer və marketoloq Dan Waldschmidt-in fikrincə, əsas olan “əvvəl” deyil, “indi” dir. 

Biznesdə danışılmamış hekayələr çoxdur. Bunu fərq etdinizmi? 

Biznesdə uğur və ya özünü inkişaf etdirmə ilə bağlı olan kitablar yolun iki hissəsinə diqqət ayırırlar – başlanğıc və son. 

Əgər həddindən artıq kilolu olsanız və özünüzü pis hiss etsəniz, nəticədə fit olmaq üçün bu və ya digər şeyləri etməlisiniz. İnsanların “əvvəl” və “sonra” olan şəkillərini axtarıb tapmaq üçün “Instagram” a girmək heç də çətin iş deyil, düzdürmü?

Bu söhbətdə çatışmayan bir şey var, oda “indi” yə aid şəkillərdir. 

Bir dəqiqəlik bu haqda düşünün

Adətən kitabda “başlanğıc” və “son” arasındakı hadisələrdən bəhs olunur. Vaxtınızın çox hissəsini də məhz burada keçirirsiniz. “Hələ orada deyiləm” mərhələsi – həyat səyahətinizin 99%-ni təşkil edir. 

……………Başlanğıc anidir.

……………Son anidir.

Yerdə qalan hər şey gündəlik varlığınızdır. 

 

Arıqlamaq və ya varlanmaq, yeni iş və ya müştəri tapmaq, hədəflərinizə çatmaq, biznesi inkişaf etdirmək və ya uşaqlarınızla daha çox vaxt keçirmək – istəyinizin nə olduğu əhəmiyyətli deyil. 

İndi baş verən hadisələr və olmaq istədiyiniz yerlər sadəcə kiçik zaman kəsiyidir. 

“İndi” mərhələsində etdiyiniz seçim nəticəni müəyyən edir. Bunu yadda saxlamaq vacibdir, çünki finiş xəttindən fotolar paylaşan insanların əhatəsində olursunuz. Bir anlıq sizə elə gələ bilər ki, bəlkə də nəyisə səhv edirsiniz. 

Birinin sizdən daha incə, daha uğurlu və ya daha populyar olduğunu hiss edəcəksiniz – bu haqda düşündükcə, özünüzü uğursuz hesab etməyə başlayacaqsınız. 

Özünüzə bu kimi suallar verirsiniz:

– Niyə finiş xəttindən fotolarım yoxdur?

– Niyə bu dərəcədə uğursuzam?

– Niyə internet-ulduz qədər populyar deyiləm?

Təslim olmazdan və inkişafdan imtina etməzdən əvvəl, dərindən nəfəs alın və əlinizdə olan imkanlara görə şükür edin. 

Halbuki, siz hazırda “indi” mərhələsindəsiniz. Bu – keçid mərhələdir. “Çox çalışıram. Çox çalışmağa davam etsəm, finiş xəttindən fotoşəkillər əldə edəcəyəm” mərhələsi. 

Başqalarının uğurlarına görə özünüzü “öldürməyin”

Başqalarının qələbələrindən dəhşətə gəlməyin. Digər insanların finiş xəttindən çəkdikləri şəkilləri görəndə həddən artıq rəqabətli və aqressiv olmağa çalışmayın.

Özünüzə fokuslanın. Əlinizdən gələni etməyi çalışın. 

Siz oraya çatacaqsınız. Addım-addım. Hər şey bu qaydada baş verir. Düşünürəm ki, bu o qədər sadədir ki, çox yazmağa ehtiyac yoxdur. Sadə sözlər: Cəhd edin. Təkmilləşdirin. Təkrar edin.  

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər