Rusiyanı tərk edən “Inditex” (“Zara”, “Pull&Bear” və digər şəbəkələrin sahibi) mağazaları aprel-may aylarında Rusiyada “Maag”, “Dub”, “Ecru” və “Vilet” adlar altında açıqlacaq, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“Inditex Group hazırda Rusiyada mövcud olan bütün ticarət platformalarını yeni sahiblərinə təhvil verir. Eyni zamanda, mağazalar yeni adlar altında açılacaq: Maag, Dub, Ecru, Vilet”, – mesajda deyilir.
Əlavə olaraq bildirilir ki, bütün mağazalar aprel-may aylarında baş tutmalı olan açılışa hazırdır.