26 C
Baku
Thursday, July 18, 2024

İndiyə qədər IGB vasitəsi ilə 10 milyon MVt-dan çox təbii qaz nəql edilib

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) istifadəyə verildiyi dövrdən indiyədək (2022-ci ilin oktyabrından 2023-cü ilin mayına qədər) bu kəmərlə 10.4 milyon MVt-dan çox təbii qaz nəql edilib.

Bu barədə ICGB operator şirkətindən məlumat verilib.

“Bu, 892 milyon kubmetr təbii qaza bərabərdir. Aprel ayının sonuna qədər IGB-nin xidmətlərindən ümumilikdə 16 şirkət istifadə edib”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, IGB 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər