5 C
Baku
Friday, February 23, 2024

İndiyədək “Petkim”in təkmilləşdirilməsinə $1.6 mlrd. investisiya qoyulub

İndiyədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1.6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Turkey” şirkətinin baş icraçı direktoru vəzifəsini icra edən Elçin İbadov Türkiyə mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məbləğ “Petkim”in özəlləşdirilməsinə yatırllan vəsaitdən (2.04 milyon ABŞ dolları) əlavə olaraq yönəldilib.

“2018-ci ildə 6.7 milyard ABŞ dollarlıq sərmayə ilə açdığımız “Petkim” ilə inteqrasiya olunmuş STAR neft emalı zavodu Türkiyədə neft-kimya və neft emalı inteqrasiyasına yeganə nümunədir.

Hazırda illik 11 milyon ton xam neft emalı gücü ilə STAR zavodu Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 19.5 %-ni ödəyir.

Bundan başqa, dəniz nəqliyyatı yanacaqları bazarında fəaliyət göstərən “SOCAR Marine” 2022-ci ildə 640 min tona çatan satış həcmi ilə Türkiyə bazarının ən güclü oyunçularından birinə çevrilib. Şirkət 24 % bazar payı ilə Türkiyənin dəniz yanacağı sektorunda ikinci yerdə qərarlaşıb”,- E. İbadov qeyd edib.

Qeyd edək ki, “SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər