13 C
Baku
Tuesday, May 14, 2024

İndiyə qədər lisenziyasını itirən kredit ittifaqları – 9-u AMB, 43-ü isə Palata tərəfindən ləğv edib

Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti kredit ittifaqının adını “lisenziya alanların” siyahısından çıxartdı və beləliklə, 2022-ci ilin ilk 10 ayı ərzində dördünü lisenziyadan məhrum etməli oldu.

Ölkə ərazisində baş tutan iki ardıcıl devalvasiyadan sonra 52 kredit ittifaqının lisenziyası ləğv edilmiş oldu və hazırda bazarda cəmi 40 kredit ittifaqı qalıb.

Bununla bağlı tam siyahı Banker.az-da yerləşdirilib.

Son illərdə kredit ittifaqlarının ləğvi ya könüllü, yada tənzimləyici tərəfindən onların fəaliyyətindəki nöqsanlar əsas gətirlərək lisenziyaları ləğv edilib. İki ay öncə Azərbaycan Mərkəzi Bankının şərh olaraq demişdi ki, Azərbaycanda kredit ittifaqlarının sayının azalması ilk növbədə onların tənzimləyicinin müəyyən etdiyi qaydaların tələblərinə riayət etməməsi ilə bağlıdır.

Kredit ittifaqları bazarı böyüyə bilmir, kredit bazarında mövqeyini gücləndirə bilmir, üstəlik cari ildə bank və BOKT-lardan fərqli olaraq zərərdən çıxa bilmirlər. 2022-ci ilin 1 iyul tarixinə onların cəmi aktivlərinin həcmi 14.6 milyon manata düşüb. Bu da illik müqayisədə 1.3 faiz azalmadır.

Mərkəzi Bankı rəqabətlə bağlı açıqlamasında demişdi ki, kredit ittifaqları və BOKT-lar illərdir ki, banklar kimi bazarda aktivlik göstərə bilmirlər, ümumi kreditləşmədə payları kiçilməkdədir.

Azərbaycan Prezidenti 2019-cu ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının mandatını Mərkəzi Banka təhvil verdikdən sonra tənzimləyici kimi yeddi kredit ittifaqının lisenziyasını ləğv edib, lakin burada müsbət məqam odur ki, bu illər ərzində ikisinə lisenziya təqdim edib.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Bu mandat MBNP-yə 2016-cı ilin əvvəlindən AMB-dən alınaraq ötürülmüşdü. Həmin dövrdə palata bank və sığortalar kimi kredit ittifaqlarının da sayını yarıya endirdi. 2016-2019-cu illərin hər birində 6-10 arası kredit ittifaqının bazarda iştirakını məhdudlaşdırmaqla bağlı qərar verdi və beləliklə, 43 kredit ittifaq lisenziyasını itirmiş oldu.

Bəs tənzimləyici kredit ittifaqını nə zaman ləğv edir?

Tənzimləyici lisenziyanı aşağıdakı hallarda ləğv edir:

  • Kredit ittifaqının müraciəti ilə;
  • lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə;
  • Kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə;
  • Kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə tənzimləyiciyə təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə;
  • Kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə;
  • Kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda;
  • Kredit ittifaqının nizamnamə kapitalının məbləği Palata tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda;
  • Kredit ittifaqı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və tənzimləyicinin normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə tənzimləyicinin göstərişlərinə əməl etmədikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda;
  • Kredit ittifaqı ləğv edildikdə.

Lisenziyası ləğv edilmişlər:

  • Azərbaycan Mərkəzi Bank tərəfindən
    • 14/10/2022: “Yüksəliş” Kredit İttifaqı
    • 28/03/2022: “Nuranə  Kredit İttifaqı
    • 28/03/2022: “Mikro Maliyyə” Kredit İttifaqı
    • 03/02/2022: “Ziya” Kredit İttifaqı
    • 20/05/2020: “Optimal Kredit” İttifaqı
    • 06/03/2020: “Böyük İsti Su” Kredit İttifaqı
    • 06/03/2020: “Əlif” Kredit İttifaqı
  • Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən
    • 17/10/2019: “Azad Kapital” Kredit İttifaqı
    • 17/10/2019: “Sarı Bulaq” Kredit İttifaqı
    • 12/07/2019: “ARAN-2011” Kredit İttifaqı
    • 12/07/2019: “Mikroinvest” Kredit İttifaqı
    • 01/05/2019: “Aran” Kredit İttifaqı
    • 01/05/2019: “Real Aqroresurs” Kredit İttifaqı
    • 18/04/2019: “Kömək” Kredit İttifaqı
    • 05/03/2019: “Aqrointer” Kredit İttifaqı
    • 05/03/2019: “Aqroinvest” Kredit İttifaqı
    • 08/02/2019: “Fim-Finans” Kredit İttifaqı
    • 08/02/2019: “Firavan” Kredit İttifaqı
    • 08/02/2019: “Şans” Kredit İttifaqı
    • 24/01/2019: “Küngüt” Kredit İttifaqı
    • 24/01/2019: “Qoşabulaq” Kredit İttifaqı
    • 24/01/2019: “Küngüt” Kredit İttifaqı
    • 24/01/2019: “Vəndam” Kredit İttifaqı
    • 03/12/2018: “Cavid” Kredit İttifaqı
    • 03/12/2018: “Fermer-Marketinq” Kredit İttifaqı
    • 03/12/2018: “Göyçə” Kredit İttifaqı
    • 03/12/2018: “Ekonom” Kredit İttifaqı
    • 03/12/2018: “M.F.” Kredit İttifaqı
    • 03/12/2018: “Mirqasım” Kredit İttifaqı
    • 03/12/2018: “Şahsevən” Kredit İttifaqı
    • 03/12/2018: “Nicat” Kredit İttifaqı
    • 03/12/2018: “Üç qardaş” Kredit İttifaqı
    • 22/05/2018: “AMB” Kredit İttifaqı
    • 22/05/2018: “Qala” Kredit İttifaqı
    • 22/05/2018: “Əlinəzərli” Kredit İttifaqı
    • 22/05/2018: “İlkin” Kredit İttifaqı
    • 22/05/2018: “Mey” Kredit İttifaqı
    • 22/05/2018: “Murad” Kredit İttifaqı
    • 06/01/2017: “Arzu” Kredit İttifaqı
    • 06/01/2017: “Azəriinvest” Kredit İttifaqı
    • 06/01/2017: “Cənub” Kredit İttifaqı
    • 06/01/2017: “Ceyhun” Kredit İttifaqı
    • 06/01/2017: “Compass” Kredit İttifaqı
    • 06/01/2017: “F.A.S.” Kredit İttifaqı
    • 06/01/2017: “Həkəri” Kredit İttifaqı
    • 06/01/2017: “Kredo-İnvest” Kredit İttifaqı
    • 06/01/2017: “Real” Kredit İttifaqı
    • 06/01/2017: “Tərəkəmə” Kredit İttifaqı
    • 06/01/2017: “Tural Kredit İttifaqı
    • 06/01/2017: “Yardımlı Kredit İttifaqı
  • Azərbaycan Mərkəzi Bankı tərəfinfən
    • 09/02/2015: “East Kredo” Kredit İttifaqı
    • 09/02/2015: “Xəzər Finans” Kredit İttifaqı

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər