2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 milyard manata yaxın vəsait ayrılıb.
Bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
“Gələn il isə Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Sevindirici haldır ki, Vətən müharibəsindən sonra Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir”, – o qeyd edib.