12 C
Baku
Wednesday, December 11, 2024

İndiyə qədər sənaye zonalarında 10 500-dən artıq daimi iş yeri yaradılıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 483 milyon manat, təkcə bu ilin I yarısında isə 22 milyon manat vəsaitə qənaət ediblər.

Bu barədə agentliyin məlumatında bildirilir.

Xatırladaq ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İndiyə qədər sənaye zonalarında investisiya həcmi 7.8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sahibkarlar bugünə qədər sənaye zonalarına 6.8 milyard manatdan çox investisiya yatırıb və 10 500-dən artıq daimi iş yeri yaradıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manata yaxın investisiyanın yatırılması və 7100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər