15 C
Baku
Saturday, May 18, 2024

İndiyədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən nə qədər qaz hasil edilib?

2022-ci ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 30.6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 16.4 milyard kubmetri “Şahdəniz”dən, 5.2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 9.7%, yəni 2.7 milyard kubmetr artımla qaz hasil edilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Hesabat dövründə xaricə qaz satışı 14.4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. 8 ay ərzində Avropaya 7.3 milyard kubmetr, Türkiyəyə 5.4 milyard kubmetr, Gürcüstana isə 1.7 milyard kubmetr qaz satılıb.

Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3.7 milyard kubmetrə yaxın qaz nəql olunub.

Nazirlikdən verilən məlumata əsasən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 sentyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 199 milyard kubmetr, “Şahdəniz”dən isə 174 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 milyard kubmetr həcmi ixraca nəql edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər