Bu günə kimi Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə 1,9 milyard dollardan çox valyuta satılıb.
Banker.az xəbər verir ki, bunu ekspert Samir Əliyev öz facebook səhifəsində yazıb. İqtisadi ekspert bildirib ki, vəsaitin $1,15 milyard Dövlət Neft Fondunun, 786 milyon dolları Mərkəzi Bankın payına düşüb. Ən böyük satış yanvarda olub. İlin ilk ayında ümumilikdə 1 milyarddan çox dollar satılıb. Fevralda 545 milyon, martın ilk yarısında 380 milyon dollar satılıb.
Mart ayının ilk yarısında Mərkəzi Bank ehtiyatlarını qorumağa üstünlük verib və satış həyata keçirməyib. Neft Fondu isə bu müddətdə 380 milyon dollar satıb.
2016-cı il martın 15-i tarixinə Mərkəzi Bank tərəfindən təşkil edilmiş valyuta hərracları vasitəsilə banklara ümumilikdə…
Posted by Samir Aliyev on Monday, March 14, 2016