“Bu günə qədər 90 minə qədər şəxsə “Müharibə veteranı” adı verilib və onlara aylıq 80 manat Prezident təqaüdü ödənilir”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O bildirib ki, bu günə qədər 12 800 şəhid ailəsinə isə ev verilib:
“Ümumiyyətlə Vətən müharibəsi başa çatandan sonra isə 3800-ə yaxın belə fərdi evlər və mənzillər verilib. Bu ilin proqramına uyğun olaraq 800 mənzil verilib və ilin sonuna qədər bu rəqəmin 1500-ə çatdırılması gözlənilir”.