İndiyədək sənaye zonalarında 10,23 milyard manat dəyərində məhsul satışı həyata keçirilib və bunun 3,35 milyard manatlıq hissəsi ixrac edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2023-cü ilin birinci yarısında isə 1,4 milyard manat məhsul satılıb ki, bunun da 33,6 -i ixracın payına düşür”, – deyə nazir qeyd edib.