İndoneziya Bankı kriptovalyutaların ödəmə vasitəsi kimi istifadəsini qadağan etdi

İndoneziya Bankının rəhbəri Perri Varciyo kriptovalyutaların ödəmə vasitəsi olaraq istifadəsini qadağan etdiyini açıqlayıb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Tənzimləyicinin sözlərinə görə, qadağa mövcud qanunvericiliyə uyğundur. Xatırladaq ki, İndoneziyada rəqəmsal aktivlər qanuni ödəmə vasitələrinə aid edilmir.

“Kriptovalyuta Konstitusiyaya və Valyuta Qanununa uyğun olaraq ödəmə vasitələrinə aid deyil”, – deyə Varciyo söyləyib.

Qadağaya riayət edilməsi üçün İndoneziya Bankı nəzarət orqanlarının işini gücləndirəcək.

Xatırladaq ki, ötən həftə Salvador bitkoini rəsmi ödəmə vasitəsi olaraq tanıyıb. Müvafiq qanun layihəsi ölkə parlamenti tərəfindən qəbul edilib və sonra dövlət başçısı tərəfindən imzalanıb. Məşhur iqtisadçı Stiv Hanke bitkoinin tanınmasının ölkə iqtisadiyyatının çökməsinə səbəb ola biləcəyini proqnozlaşdırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.