15 C
Baku
Tuesday, December 2, 2025

İndoneziya BRICS-in Yeni İnkişaf Bankına $1 milyard ayırıb

İndoneziya BRICS-in Yeni İnkişaf Bankına (YİB) qrupla əlaqələri daha da gücləndirmək üçün 1 milyard dollar ayıracaq. İqtisadiyyatın Koordinasiyası Nazirliyinin nümayəndəsi Hario Limansettonun sözlərinə görə, bu töhfənin davamlı inkişaf layihələrinin maliyyələşdirilməsinə kömək edəcəyi gözlənilir. Bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edək ki, Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatı 2025-ci ilin əvvəlində rəsmi şəkildə BRICS-ə üzv olub.

2024-cü ilin oktyabrında vəzifəsinə başladıqdan sonra İndoneziya prezidenti Prabovo Subianto ölkəsinin qlobal rolunu artırmağa çalışır. İndoneziya xarici siyasətdə qeyri-blok kursuna sadiqdir. YİB-ə qoşulma qərarı Prabovo tərəfindən mart ayında Cakartada bankın rəhbəri Dilma Russeflə görüşdən sonra elan olunub.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən qurulan BRICS qrupuna həmçinin Misir və Birləşmiş Ərəb Əmirlikləri daxildir. Maliyyə institutunun saytındakı məlumata görə, Yeni İnkişaf Bankının imzalanmış kapitalının 94%-i BRICS-in əsas ölkələrinin payına düşür. Qalan hissə Əlcəzair, Banqladeş, Misir və BƏƏ arasında bölüşdürülüb. Bankın yaradıcıları onun kapitalına 50 milyard dollar yatırıb.

Son xəbərlər
Digər xəbərlər