İndoneziya prezidenti Coko Vidodo COVID-19 pandemiyası ilə əlaqədar ölkədə daha əvvəl ictimai fəaliyyətə qoyulan bütün məhdudiyyətlərin götürüldüyünü elan edib.
İndoneziyada COVID-19 pandemiyası nəzarət altında saxlanıldığından hər 1 milyon nəfərə gündəlik 1,7 yoluxma halı var.
Prezident Vidodo deyib ki, 10 aylıq müzakirələrdən sonra ölkə hakimiyyəti bütün ictimai məhdudiyyətləri tamamilə aradan qaldırmaq qərarına gəlib.
Vidodo, 13 aprel 2020-ci ildə COVID-19 pandemiyasını “milli fəlakət” elan etmişdi.
İndoneziyada iki il ərzində təxminən 7 milyon koronavirus hadisəsi qeydə alınıb. Ümumilikdə 160 583 nəfər xəstəlikdən dünyasını dəyişib.