26 C
Baku
Tuesday, July 16, 2024

İndoneziya investorları cəlb etmək üçün “qızıl viza” tətbiq edir

İndoneziya investorları cəlb etmək üçün “qızıl vizalar”ın tətbiqinə başlayır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Nazirliyin bəyanatında qeyd olunan şərtlərə əsasən, beşillik viza üçün fərdi investorlar 2.5 milyon dollarlıq, onillik viza üçün isə 5 milyon dollarlıq şirkət qurmalıdırlar.

Korporativ investorlara gəlincə, şirkət rəhbərləri beşillik viza almaq üçün 25 milyon dollar, onillik viza almaq üçün isə 50 milyon dollar investisiya etməlidirlər. Beş il müddətinə “qızıl viza” əldə etmək istəyən, lakin biznes qurmaq üçün müraciət etməyən xarici vətəndaşlar İndoneziya iqtisadiyyatına 350 min dollar yatırmalıdırlar.

İndoneziya qızıl viza tətbiq edən ilk ölkə deyil. Digər dövlətlərə bənzətməklə, İndoneziya hakimiyyəti bu təcrübənin ölkə iqtisadiyyatını gücləndirəcəyinə ümid edir. Oxşar siyasət artıq ABŞ, Kanada, BƏƏ, İrlandiya, Almaniya, Yeni Zelandiya, İtaliya və İspaniyada da həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər