Azərbaycan neftini 2022-ci ilin noyabrında cəmi 13 ölkə alıb.
Bu barədə Banker.az rəsmi statistik rəqəmlərə istinad edir.
2022-ci ilin noyabr ayında 11 mln. 923.89 min barel həcmində xam neft ixrac edilib və bu neftin ixrac dəyəri isə 1 mlrd. 138.95 mln. Dollar təşkil edib. Neftin hər barreli noyabrda 95.52 dollara satılıb. Bu öncəki ayda hər barrel üzrə orta ölçüdə 98.80 dollar idi.
İxrac edilmiş neftin böyük hissəsini, yaxud 19%-ni İndoneziya alıb. Ən böyük islam əhalisinə malik Cənubi-Şərqi Asiya ölkəsi təkcə noyabrda Azərbaycandan 2 mln. 237.89 min barrel həcmində xam nefti 224.02 mln. dollara alıb. İndoneziya 2022-ci ilin yay aylarında tankerlərlə Azərbaycandan neft almağa başlasa da, indiki qədər çox həcmi əhatə etmirdi. Artım əsasən oktyabrdan aylıq milyon barelin üzərinə çıxıb. Oktyabrda bu ölkə 1 mln. 695.86 min barel ($160.96 mln.) həcmində xam neftimizi almışdı.
Azərbaycanın ənənəvi ticarət tərəfdaşı İtaliyadan neft alışı bir qədər zəifdir. Lakin bu aylıq zəifdir. İllik İtaliya (62.91 mln. barel), İsrail (15.68 mln. barel) və Hindistan (14.7 mln. barel) ilk üçlüyü müvafiq sıralama ilə tuturlar.
2022-ci ilin noyabr ayında Azərbaycan neftini hansı ölkələr alıb? |
|||
Miqdar: barel | Dəyər: min $ | bir barreli: $/bll | |
Cəmi | 11,923,893 | 1,138,945.9 | 95.52 |
İndoneziya | 2,237,886 | 224,024.1 | 100.11 |
Almaniya | 1,969,934 | 183,421.9 | 93.11 |
İtaliya | 1,943,199 | 189,065.2 | 97.30 |
Hindistan | 1,012,110 | 76,868.6 | 75.95 |
Portuqaliya | 1,011,790 | 100,791.2 | 99.62 |
İsrail | 657,335 | 64,081.4 | 97.49 |
Çexiya | 657,255 | 63,740.3 | 96.98 |
İrlandiya | 645,159 | 62,689.1 | 97.17 |
Tunis | 452,961 | 44,796.0 | 98.90 |
Türkiyə | 447,007 | 44,136.9 | 98.74 |
Vyetnam | 388,573 | 39,296.1 | 101.13 |
Malayziya | 337,118 | 33,070.3 | 98.10 |
İspaniya | 163,565 | 12,964.8 | 79.26 |
2022-ci ilin ilk 11 ayında Azərbaycan neftini hansı ölkələr alıb? |
|||
Ölkə | Miqdar: barel | Dəyər: min $ | |
Cəmi | 177,281,491.97 | 18318642.45 | |
1 | İtaliya | 62,908,687.80 | 6452953.4 |
2 | İsrail | 15,678,032.34 | 1566905.92 |
3 | Hindistan | 14,702,781.02 | 1625428.01 |
4 | Xorvatiya | 8,454,158.91 | 952386.35 |
5 | İspaniya | 8,279,961.44 | 837264.87 |
6 | Portuqaliya | 7,438,416.38 | 742619.12 |
7 | Böyük Britaniya | 6,750,624.78 | 752508.07 |
8 | Çexiya | 6,653,816.06 | 722511.41 |
9 | Almaniya | 5,842,503.58 | 563706.6 |
10 | İndoneziya | 5,795,661.10 | 605892.08 |
11 | Tunis | 4,410,438.63 | 453210.72 |
12 | Türkiyə | 4,280,779.56 | 375428 |
13 | İrlandiya | 3,801,802.43 | 399044.29 |
14 | Ukrayna | 3,691,359.30 | 304578.84 |
15 | Vyetnam | 3,419,095.88 | 401083.36 |
16 | Rumıniya | 3,270,930.71 | 320061.2 |
17 | Tailand | 2,952,384.32 | 257211.41 |
18 | Yunanıstan | 1,983,915.40 | 212128.25 |
19 | İsveçrə | 1,930,865.49 | 232002.72 |
20 | Avstraliya | 1,140,287.22 | 138977.88 |
21 | Tayvan (Çinin əyaləti) | 1,009,981.75 | 115684.58 |
22 | Avstriya | 980,120.09 | 90016.75 |
23 | Belarus | 618,872.23 | 57590.07 |
24 | Niderland | 602,743.40 | 62240.63 |
25 | Fransa | 337,527.95 | 43447.48 |
26 | Malayziya | 337,117.67 | 33070.29 |
27 | Rusiya | 5,180.64 | 419.99 |
28 | Bolqarıstan | 3,433.66 | 268.72 |
29 | Gürcüstan | 12.39 | 1.44 |